. Love.az

Azersky 2 - Wikipedia - Love.az

Ana Səhifə - Azersky 2

Azersky-2 — Azərbaycanın Azerskydan sonra ikinci yüksək ayırdetməli (50 sm ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir.

Azersky-2
İstehsalçı Azərkosmos/Israel Aerospace Industries
Operator Azərkosmos
Fəaliyyəti Yüksək görüntü imkanına sahib yer müşahidə peykləri
Çıxarıldığı tarix 2026/2028 (planlaşdırılıb)

Tarixi

redaktə

2023-cü ildə Azərkosmos və "Israel Aerospace Industries" (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunların hər ikisi yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləridir. İlk peykin İsraildə, ikinci peykin isə Azərbaycanda istehsalı nəzərdə tutulub. Bu, Azərbaycan tarixində ölkədə ilk peykin istehsalı olacaq. Azərbaycanda "Azersky-2" sisteminin idarə edilməsi və istismarı üzrə yerüstü sistemləri "IAI" şirkəti təmin edəcək. Bu proqram çərçivəsində peyklərə nəzarət və peyk təsvirlərinin emal olunmasına üçün azərbaycanlı mütəxəssislərə təlim keçiriləcək. Peyklərin 2026 və 2028-ci illərdə orbitə buraxılması nəzərdə tutulub.[1]

Texniki detallar

redaktə

Fəzaya buraxılacaq ilk peykin çəkisi 200 kiloqramdır, 7 il fəaliyyətdə olacaq. Bu peyk ilə 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür. Bu məqsədlə peykin aşağısına 50 sm diafraqmalı 2 kamera quraşdırılır. Peykin məlumat yaddaşı 6 TB müəyyən edilib. Qurğu saniyədə 1 GB ölçüdə material ötürə biləcək. Peykin istehsal adı "OPTSAT 500" adlanır.[2] Müqavilənin dəyəri rəsmi olaraq açıqlanmasa da, İsrail Xarici İşlər naziri peyklərin ümumi dəyərinin 120 milyon ABŞ dolları olacağını açıqlayıb.[3]

İstinadlar

redaktə
  1. ↑ Bayramova, Aynur. ""Azersky-2" peyki Azərbaycanda istehsal olunacaq". Report İnformasiya Agentliyi (az.). 3 oktyabr 2023. 2023-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  2. ↑ İbadlı, Tural. ""Azərsky 2" peyki ilə bağlı detallar məlum olub". Report İnformasiya Agentliyi (az.). 3 oktyabr 2023. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  3. ↑ Bassist, Rina. "Israel, Azerbaijan announce landmark deal for sale of two satellites – Al-Monitor: Independent, trusted coverage of the Middle East". www.al-monitor.com (ingilis). 4 oktyabr 2023. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023. (#missing_name)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azersky-2&oldid=8099482"
LOVE.AZ