. Love.az

Besir Kerimov - Wikipedia - Love.az

Ana Səhifə - Besir Kerimov

Bəşir Kərimov (2 fevral 1976, Füzuli – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Bəşir Kərimov
Bəşir Bəylər oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1976
Doğum yeri Qacar, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995 (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Bakı şəhəri, Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur[1]. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər.

Döyüşlərdə iştirakı

redaktə

Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 148.

İstinadlar

redaktə
  1. ↑ "MİLLİ QƏHRƏMAN Kərimov Bəşir Bəylər oğlu". 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.

Xarici keçidlər

redaktə
  • Kərimov Bəşir
  • Bəşir Kərimov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəşir_Kərimov&oldid=7910178"
LOVE.AZ