. Love.az

Xanlar Veliyev - Wikipedia - Love.az

Ana Səhifə - Xanlar Veliyev
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Vəliyev.

Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun sabiq müavini — Azərbaycan Respublikasının sabiq Hərbi prokuroru (2005–2025[1]), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2025[2]), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2015).

Xanlar Vəliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru
10 fevral 2005 – 08 aprel 2025
Baş prokurorZakir Qaralov
Kamran Əliyev
Əvvəlkiİlham Məmmədov i. e.
SonrakıBəhruz Əhmədov
Azərbaycan Respublikası Baş prokurorunun müavini
9 noyabr 1993 – 21 aprel 2000
Baş prokurorƏli Ömərov
Eldar Həsənov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Vəzifədədir
11 aprel 2025-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1955(1955-03-15) (70 yaş)
Doğum yeri
  • Yevlax, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti hüquq elmləri üzrə fəlsəfə doktoru
Rütbəsi
Ədliyyə general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20082008 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 "Hərbi xidmətlərə görə" medalı — 20062006 "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı — 20202020
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 20152015

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Ailəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.[3]

24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir.[4]

8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin Təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisin 11 aprel 2025-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilmişdir.[2]

Təltif və mükafatları

redaktə
  • 27 sentyabr 2008 — "Azərbaycan Bayrağı" ordeni[5]
  • 28 sentyabr 2018 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 23 iyun 2006 — "Hərbi xidmətlərə görə" medalı[6]
  • 18 mart 2015 — "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı[7]
  • Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı[8]
  • Azərbaycan Respublikası Baş prokurorunun 13 mart 2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı
  • 17 mart 2025 — 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[9]

Ailəsi

redaktə

Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.[10]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Xanlar Vəliyev təqaüdə göndərildi". Oxu.az (az.). İstifadə tarixi: 2025-04-08.
  2. ↑ 1 2 "X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI". azertag.az (az.). İstifadə tarixi: 2025-04-15.
  3. ↑ "X.R.Vəliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  4. ↑ "X. R. Vəliyevə ədliyyə general-leytenantı ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  5. ↑ ""Azərbaycan Bayrağı" ordeni - V.X". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  6. ↑ ""Hərbi xidmətlərə görə" medalı - Xanlar Vəliyev". e-qanun.az. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  7. ↑ "X.R.Vəliyevə "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  8. ↑ "Azərbaycan Respublikası Baş prokurorunun müavini - Vəliyev Xanlar Rüstəm oğlu". Genprosecutor.gov.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  9. ↑ "X.R.Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2025-03-17. İstifadə tarixi: 2025-03-17.
  10. ↑ "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xanlar_Vəliyev&oldid=8138390"
LOVE.AZ