. Love.az

Behruz Mansurov - Wikipedia - Love.az

Ana Səhifə - Behruz Mansurov

Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Bəhruz Mənsurov
Bəhruz Qəhrəman oğlu Mənsurov
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1975(1975-03-13)
Doğum yeri
  • Telavar, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 mart 1995(1995-03-16) (20 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Telavar
Vətəndaşlığı
  •  Azərbaycan
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Kursant
Döyüşlər Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Milli Qəhrəman
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub.[1]

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2]

Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.

Oxuduğu orta məktəb onun adını daşıyır.

Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır[3].

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 182.

İstinadlar

redaktə
  1. ↑ "MƏNSUROV BƏHRUZ QƏHRƏMAN oğlu. veten-ugrunda.az". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-09.
  2. ↑ Azərbaycan Respublikasının Milli Qəhrəmanı həmyerlimiz Bəhruz Mansurov haqqında çəkilən sənədli filmin nümaişi oldu. heydaraliyev-centers.az[ölü keçid]
  3. ↑ "Sumqayıt kimyaçıları Milli Qəhrəmanın xatirəsini yad ediblər". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.

Xarici keçidlər

redaktə
  • Azərbaycanın Milli Qəhrəmanları
  • Milli Qəhrəmanlar Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəhruz_Mənsurov&oldid=7911555"
LOVE.AZ