Bəsmə bint Təlal (ərəb. بسمة بنت طلال; 11 may 1951, Amman) — İordaniya kralı I Təlalın yeganə qızı.[1][2]
Bəsmə bint Təlal | |
---|---|
ərəb. بسمة بنت طلال | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 may 1951(1951-05-11) (74 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Atası | I Təlal (İordaniya kralı) |
Anası | Zeynəl-şərəf bint Cəmil |
Ailəsi | Haşimilər |
Təltifləri |
![]() |
![]() |
1951-ci ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Təlal, anası isə onun türk əsilli xanımı Zeynəl-şərəf bint Cəmildir. Doğumundan 2 ay sonra atası taxta çıxdı, ancaq bir il sonra şizofreniya diaqnozu ilə taxtdan endirildi. Yerinə isə böyük qardaşı I Hüseyn taxta çıxarıldı. İlk təhsilini Ammandakı qızlar məktəbində aldı. Ardından İngiltərəyə göndərildi və burada Şahzadə Anna (II Elizabetin qızı) ilə eyni məktəbdə təhsilini davam etdirdi. Daha sonra Oksford Universitetində müasir dillər üzrə təhsilini tamamladı. 2001-ci ildə eyni universitetin fəlsəfə doktoru elmi dərəcəsini qazandı.
İlk evliliyi 2 aprel 1970-ci ildə Ammanda İordaniyanın Birləşmiş krallıqdakı səfiri polkovnik Teymur Dağıstani ilə baş tutdu. Cütlüyün bu nikahdan 2 övladı doğuldu. Ancaq 1970-ci illərin sonunda cütlük boşandı.
İkinci evliliyi isə 14 aprel 1980-ci ildə Valid əl-Kürdi ilə evləndi. Cütlüyün bu nikahdan 2 övladı doğuldu.