. Love.az

Zeynel Seref Bint Cemil - Wikipedia - Love.az

Ana Səhifə - Zeynel Seref Bint Cemil

Zeynəl-şərəf bint Cəmil (ərəb. زين الشرف بنت جميل‎; 2 avqust 1916, İsgəndəriyyə – 26 aprel 1994, Lozanna) — İordaniya kralı I Təlalın xanımı, II İordaniya kraliçası.

Zeynəl-şərəf bint Cəmil
ərəb. زين الشرف بنت جميل‎
II İordaniya kraliçası
20 iyul 1951 – 11 avqust 1952
ƏvvəlkiMüsbəh bint Nasir
SonrakıDinə bint Əbdülhəmid
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1916(1916-08-02)
Doğum yeri
  • İsgəndəriyyə, Misir
Vəfat tarixi 26 aprel 1994(1994-04-26) (77 yaşında)
Vəfat yeri
  • Lozanna, İsveçrə
Həyat yoldaşı
  • I Təlal (İordaniya kralı)
Uşaqları
  • Hüseyn ibn Təlal,
  • Həsən ibn Təlal,
  • Məhəmməd ibn Təlal,
  • Bəsmə bint Təlal
Ailəsi Haşimilər
Dini İslam
Təltifləri Order of the Crown of Malaysia (Malayziya) — 1965 Order of the Defender of the Realm (Malayziya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1916-cı ildə İsgəndəriyyədə doğuldu. Atası Hicaz kralı Şərif Hüseynin qardaşı oğlu Şərif Cəmil ibn Nasir, anası isə sədrəzəm Kamil Paşanın soyundan Vicdan Şakir Paşadır. 27 noyabr 1934-cü ildə bibisi oğlu olan İordaniya taxtının vəliəhdi Təlal ibn Abdullahla evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

  • I Hüseyn
  • Məhəmməd ibn Təlal (2 oktyabr 1940 - 29 aprel 2021)
  • Həsən ibn Təlal (20 mart 1947-)
  • Bəsmə bint Təlal (11 may 1951-)

1944-cü ildə İordaniyadakı ilk qadın xeyriyyə cəmiyyətini təsis etdi. 1948-ci ildə başlaya Ərəb-İsrail müharibəsi səbəbilə ölkəyə gələn fələstinli mühacirlərə yardım məqsədilə bir çox xeyriyyə cəmiyyətlərinə dəstək verdi. Ölkədəki qadın hüquqlarının müdafiəsi üzrə alınan tədbirlərdə mühüm rol oynadı. Ərinin 1951-ci ildə taxta çıxmasıyla İordaniya kraliçası oldu. 1952-ci il konstitusiyasının müzakirələrində iştirak etdi.

Ancaq ərinin psixoloji problemləri vardı və cəmi 1 ildən sonra şizofreniya diaqnozu ilə taxtdan endirildi. Əri I Təlal dərhal İstanbuldakı snaatoriyalardan birinə qapadıldı və ömrünün sonuna qədər burada qaldı.

1994-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat etdi. Cənazəsi ertəsi gün Ammana gətirilərək dəfn olundu.

Mənbə

redaktə
  • Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2
  • "Senarai Penuh Penerima Darjah Kebesaran, Bintang dan Pingat Persekutuan Tahun 1965"
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynəl-şərəf_bint_Cəmil&oldid=7912664"
LOVE.AZ