. Love.az

Baba Mustafayev - Wikipedia - Love.az

Ana Səhifə - Baba Mustafayev

Baba Mustafayev Xanlar oğlu — azərbaycanlı əməkdar məşqçi[1], Ulduz klubunun təsisçisi, hakim [2], keçmiş futbolçu və uşaq futbol məşqçisi, [3] bədən tərbiyəsi müəllimi, [4] həmçinin Mingəçevir şəhər idman komitəsinin keçmiş sədri. [5]

Həyatı və fəaliyyəti

redaktə

1940-cı il yanvar ayının 17-də Samux rayonunun Mansarlı kəndində anadan olub.[6]. Atasının Xanlar balıqçı, anası Güləsər evdar qadın olmuşdur. 40-cı illərin sonunda, Baba Mustafayev və ailəsi kəndi tərk edərək Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. [7]

Mingəçebir şəhərinə köçükdən sonra, Baba Mustafayev futbolla maraqlanmağa başlayır. O "Azərelektroizolasiya" zavodunun komandasında çıxış etməyə başlayır. Həmçinin o dövrdə hakimlik də edirdi. [8]

Baba Mustafayev, Rusiyanın "Penza" futbol klubunda hücumçu mövqeyində çıxış etmişdir. 1960-cı ildə, "Azərbaycan Bədən Tərbiyəsi" adlı texnikomun nəznində fəaliyyət göstərən "Gəncə Məşqçilər Məktəbində" oxumağa başlayır. 1962-ci ildə isə, məktəbi bitirir. [9] Bununla birlikdə 3, 6 və 13 nömrəli Mingəçevir şəhər məktəblərində idman müəllimliyi etməyə başlayır.

Bir müddət sonra isə o, uşaq futbolunun inkişafı üçün məşqçi kimi çalışmağa başlamışdır. O, Mingəçevir şəhərində Ulduz adlı futbol klubu yaratmış, 1967-ci ildə, SSRİ keçirilən, "Dəri Top" yarışlarında iştirak etmiş və ilk ildəcə çempion olmuşdur. [10]

1972-ci ildə Respublikanın əməkdar məşqçisi adına layiq görülüb. [11]

1974-cü ildə o, Mingəçevir şəhər idman komitəsinin sədri təyin olunur. 7 il bu işdə çalışır. [12]


5 iyun 1993-cü ildə Baba Mustafayev vəfat edir [13]

Ulduz

redaktə

Baba Mustafayevin "Ulduz" klubunda oynayan təcrübəli futbolçu olan Yuri Romenski ilk vaxtlar hücumçu mövqeyində çıxış etsə də, məhz onun sözü üzərində "qapıçı" olaraq oynamağa başladı.

İstinadlar

redaktə
  1. ↑ "SSRİ-yə nur saçan kəndin idman dastanı". 2023-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  2. ↑ Ulduzları Yandıran Məşqi, 1999, səh.10
  3. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh. 4
  4. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.10
  5. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.26
  6. ↑ Ulduzları yandıran məşqçi, 1999, səh.9
  7. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.10
  8. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.10
  9. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.10
  10. ↑ Ulduzları yandıran məşqçi, 1999, səh. 4
  11. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh. 4,5
  12. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.26
  13. ↑ Ulduzları Yandıran Məşqçi, 1999, səh.8
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baba_Mustafayev&oldid=7451662"
LOVE.AZ