. Love.az

Bafetimbi Qomis - Wikipedia - Love.az

Ana Səhifə - Bafetimbi Qomis

Bafetimbi Qomis (Fransızca tələffüz: [bafetimbi ɡɔmis]; 6 avqust 1985[1][2][…], La-Seyn-syur-Mer[d]) - Seneqal əsilli fransız futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Qalatasaray’da oynayır.

Bafetimbi Qomis
fr. Bafétimbi Gomis
Ümumi məlumatlar
Doğum tarixi 6 avqust 1985(1985-08-06)[1][2][…] (39 yaş)
Doğum yeri
  • La-Seyn-syur-Mer[d]
Vətəndaşlığı
  •  Fransa
  •  Seneqal[3]
Boyu 186 sm
Çəkisi 77 kq
Mövqeyi hücumçu
Karyerası
2004–2009 Sent-Etyen 142 (40)
2009–2014 Olimpik Lion FK 178 (64)
2005–2005 →  Trua FK 13 (6)
2008–2013 Fransa milli futbol komandası 12 (3)
2001–2001 Fransa U-17 1 (0)
2018–2022 Əl-Hilal FK 106 (81)
2016–2017 →  Olimpik Marsel FK 32 (20)
2017–2018 Qalatasaray FK 34 (29)
2022–2023 Qalatasaray FK 37 (17)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Sent-Etyen
    • 1.2 Olimpik Lion
    • 1.3 Suonsi Siti
    • 1.4 Olimpik Marsel
    • 1.5 Qalatasaray
      • 1.5.1 2017-2018 mövsümü
        • 1.5.1.1 UEFA Avropa Liqası
    • 1.6 Al-Hilal Saudi
      • 1.6.1 2018-2022 mövsümü
    • 1.7 Qalatasaray
      • 1.7.1 2022-davam edir
  • 2 İstinadlar

Klub karyerası

redaktə

Sent-Etyen

redaktə

Bafetimbi, peşəkar karyerasına Sent-Etyen’də başladı. Daha sonra icarə əsasında Troyes’ə transfer olundu. Bu klubda 13 oyunda 6 qol vurdu. 2009-cu ildə Sent-Etyen’lə yollarını ayırdı.

Olimpik Lion

redaktə

Qomis 2009-cu ildə ölkəsinin Olimpik Lion klubu ilə 13 milyon avro qarşılığında 5 illik müqavilə imzaladı. Bafetimbi, Sent-Etyen’in Olimpik Lion’a göndərdiyi 6-cı futbolçu olmuşdur.

Suonsi Siti

redaktə

2014-cü ildə İngiltərə klublarından Suonsi Siti ilə 4 illik müqavilə imzaladı. Futbolçu ilk qolunu Arsenal’a qarşı atdı.

Olimpik Marsel

redaktə

Qomis 2016-cı ildə icarə əsasında Olimpik Marsel’ə keçdi. İlk oyununa Tuluz qarşısında çıxdı. Matç 0-0 hesabı ilə bitdi.

Qalatasaray

redaktə

2017-2018 mövsümü

redaktə
UEFA Avropa Liqası
redaktə

Bu klubdakı debütünü UEFA Avropa Liqası II təsnifat mərhələsində Östersund qarşısında etdi. Qalatasaray rəqibinə 2-0 hesabı ilə məğlub oldu. Qomis 68. dəqiqə meydanda qala bildi. İkinci oyunda 90. dəqiqə meydanda qalan futbolçu Qalatasarayın UEFA Avropa Liqasına vəda etməsinin qarşısını ala bilmədi.

Al-Hilal Saudi

redaktə

2018-2022 mövsümü

redaktə

Qalatasaray klubundan maaş probleminə görə ayrılan futbolçu 6 milyon avro qarşılığında Al-Hilal Saudi klubuna transfer oldu. Yeni klubu ilədə artıq bir çox kuboklar qazanmışdır.

Al Hilal karyerası ərzində 151 oyun keçirmiş, 116 qol vurmuş və 18 ötürmə etmişdir.

Qazandığı kuboklar:

  • AFC Çempiyonlar Liqası - 2
  • Səudi Ərəbistan Liqası - 2
  • Super Kubok - 1
  • Kral Kuboku - 1
  • Liqdə qol krallığı
  • AFC Çempiyonlar Liqası qol krallığı

Qalatasaray

redaktə

2022-davam edir

redaktə

Al-Hilal klubundan ayrılan futbolçu qış transfer pəncərəsində yenidən Qalatasaraya transfer olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bafétimbi Gomis // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 BAFETIBI GOMIS // Argentine Soccer Database (isp.).
  3. ↑ 1 2 https://www.leparisien.fr/gomis-quoi-qu-il-arrive-a-aura-t-une-bonne-exp-rience-28-05-2008-3298528268.php.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bafetimbi_Qomis&oldid=7734941"
LOVE.AZ