. Love.az

Bahaeddin Es Subki - Wikipedia - Love.az

Ana Səhifə - Bahaeddin Es Subki

Əbu Həmid Bahaəddin Əhməd ibn Əli ibn Əbdilkafi əs-Subki əl-Misri (ərəb. بهاء الدين السبكي‎; 7 avqust 1319[1], Qahirə[2] – 7 yanvar 1372[2], Məkkə, Məmlük dövləti[2]) — Şafii fəqihi.[3]

Bahaəddin əs-Subki
ərəb. أحمد بن علي بن عبد الكافي بن تمَّام السُبكي‎
Doğum tarixi 7 avqust 1319[1]
Doğum yeri
  • Qahirə, Məmlük dövləti, Misir[2]
Vəfat tarixi 7 yanvar 1372[2] (52 yaşında)
Vəfat yeri
  • Məkkə, Məmlük dövləti, Misir[2]
Atası Təqiyyəddin əs-Subki
Elm sahələri semantika[d], Ərəb ədəbiyyatı, fiqh

Bioqrafiyası

redaktə

Qahirədə, Subkilər ailəsində dünyaya gəlib. Subki-Kəbir (ərəb. السبكي الكبير‎; azərb. Böyük Subki‎) olaraq da adlandırılan Təqiyyəddin əs-Subkinin böyük oğludur.

Kiçik yaşda hafiz olan Bahaəddin başda atası olmaqla Əbu Həyyan əl-Əndəlüsidən, Təqiyyəddin əs-Saiğdən, Şəhabəddin Əhməd ibn Əhməd əl-Həccardan, İbnül-Kəmmahdan, Məcdəddin əz-Zənkəlunidən, Əli ibn Ömər əl-Vanidən, Xətib əl-Qəzvinidən, Bədrəddin ibn Cəməadan, Əbu Təmmam əl-Cəzəridən və Cəmaləddin Yusif ibn Əbdürrəhman əl-Mizzidən Ərəb dili, məani, bəlağat, fiqh və hədis öyrənib. Başda müdərrislik (müəllimlik) və müftülük olmaqla qazılıq, qazəsgər, xətiblik kimi vəzifələrdə çalışıb. Onlarla mədrəsədə dərs deyib. Bir çox tələbə yerişdirib; Kəmaləddin əd-Dəmiri ilə Əbu Abdullah İzzəddin ibn Cəməa onun tələbələrindən bəziləridir. O, 17 Rəcəb 773-cü (yanvar 1372) ildə Məkkədə vəfat edib və Cənnətül-müəllada dəfn edilib.[3]

Əsərləri

redaktə

Bahaəddin əs-Subkinin qələmə aldığı əsərlər bunlardır: Ərusül-əfrah fi şərhi Təlxisil-Miftəh, Təkmilətü Şərhil-Minhəc, Şərhul-Həvis-sağir fil-füru, Hədiyyətül-müsafir ilən-nuris-safir, Cəmut-tənakuz (əl-Münəkəzat), Risalə fi fazlis-sulh beynəl-müslimeyn, Tibyanül-əhkam fi bəyani təhlilil-həiz minəl-ihram.[3]

Bahaəddin əs-Subkinin bunlardan başqa "Şərhu Müxtəsəri-İbnil-Həcib" adlı əsəri, "ayn" kəliməsinin mənaları haqqında qəsidəsi ilə Nil haqqında bir mənzuməsi də vardır.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. ↑ 1 2 3 4 5 6 Farrukh U. تأريخ الأدب العربي، الجُزء الثالث. 2016. S. 807–808.
  3. ↑ 1 2 3 "Subki Bahaeddin". TDV İslam Ansiklopedisi. 10.06.2025 tarixində arxivləşdirilib.
  4. ↑ Şaxt, Yozef. The Encyclopaedia of Islam (new edition) (ingilis). IX. Leyden. 744.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bahaəddin_əs-Subki&oldid=8167563"
LOVE.AZ