. Love.az

Teqiyyeddin Es Subki - Wikipedia - Love.az

Ana Səhifə - Teqiyyeddin Es Subki

Əbül-Həsən Təqiyyəddin Əli ibn Əbdilkafi ibn Əli ibn Təmmam əs-Subki (ərəb. تقيّ الدين السبكي‎; 26 aprel 1284[1], Misir – 22 iyun 1355[1], Qahirə[2]) — Şafii alimi, müctəhid.[3] Şafii fəqihi olan İbn Əbdilbər əs-Subki onun tələbəsi və əmioğlusudur.

Təqiyyəddin əs-Subki
ərəb. تقيّ الدين السبكي‎
Doğum tarixi 26 aprel 1284[1]
Doğum yeri
  • Misir
Vəfat tarixi 22 iyun 1355[1] (71 yaşında)
Vəfat yeri
  • Qahirə, Məmlük dövləti, Misir[2]
Uşaqları Bahaəddin əs-Subki, Tacəddin əs-Subki
Elm sahəsi fiqh
Tanınmış yetirmələri Tacəddin əs-Subki

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Bioqrafiyası

redaktə

Təqiyyədin, oğlunun dediyinə görə 3 Səfər 683-cü ildə dünyaya gəlmişdir. Bu da miladi tarix ilə 21 aprel 1284-cü il bərabər olur.[4] O, ilk təhsilini atasından və digər alimlərdən aldıqdan sonra Qahirəyə yollanır. Burada əvvəl öyrəndiyi əsərləri müəllimlərə danışır. İbn Bintül-Əaz, İbn Dəqiqulid, Cəbəri, Nəcməddin ibnür-Rifa, Ələməddin əl-İraqi, Təqiyyəddin ibnüs-Saiğ, Əbdülmömin ibn Xələf əd-Dümyati, Yusif ibn Əbdürrəhman əl-Mizzi, Əbu Həyyan əl-Əndəlüsi və İbn Ətaullah əl-İskəndəri[4] kimi alimlərdən fiqh, üsul, kəlam, məntiq, nəhv, lüğət, təfsir, qiraət, hədis və təsəvvüf dərsləri alaraq özünü təkmilləşdirir.[3]

Hicri 706-cı (1306) ildə Dəməşqə gedən Subki bir il sonra Qahirəyə qayıdır və müəlliflik, fətva və tədrislə məşğul olur. Hicri 716-cı (1316) ildə həccə gedir. Misirdə Şafii məzhəbinin öndərinə çevrilən Subkidən hər kəs fətva soruşmağa başlayır. Hicri 739-cu (1338) ildə Sultan I Məhəmməd ibn Qalavun tərəfindən Dəməşq qazıl-qudatı təyin edilir. Əməvi məscidində xətiblik, Əşrəfiyyə Darül-hədisində şeyxlik, əş-Şamiyyətül-Bərraniyyə mədrəsəsində müəllimlik edir. Bunlardan başqa Qəzzaliyyə, əl-Adiliyyətül-kübra, Atabəyiyyə, Məsruriyyə kimi mədrəsələrdə işləyir. Yetiştirdiyi tələbələri arasında Şəhabəddin Əhməd ibn Aybək əd-Dümyati, Cəmaləddin əl-İsnəvi, Əlaəddin əs-Səfadi, Xəlil ibn Keykəldi əl-Əlai, Zeynəddin əl-İraqi, Əbül-Məhasin əl-Hüseyni, Firuzabadi, əmisinin oğlu İbn Əbdülbər əs-Subki, Xalid ibn İsa əl-Bələvi, öz oğlanları Məhəmməd, Bahaəddin əs-Subki, Cəmaləddin Hüseyn və Tacəddin əs-Subki kimi alimlər vardır.

Dəməşqdə xəstələnən Subki qazılıq vəzifəsini oğlu Tacəddin əs-Subkiyə həvalə etdikdən sonra Qahirəyə yollanır. Qahirəyə çatdıqdan bir neçə gün sonra 3 Cəmaziyəl-axir 756-cı (15 iyul 1355) ildə vəfat edir və Babün-Nəsr qəbiristanlığında dəfn edilir.[3]

Əsərləri

redaktə

O, təxminən 140-a qədər əsər qələmə almışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Təkmilətül-Məcmu, Fətəvas-Subki, Əhadysu rəfil-yədeyn, ər-Rifdə fi məna vəhdə, Qəzaül-ərəb fi əsiləti-Hələb, Virdül-əlal fi fəhmil-iləl, əl-İbhəc fi şərhil-Minhəc və s.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Taqī al-Dīn ʻAlī ibn ʻAbd al-Kāfī Subkī // Faceted Application of Subject Terminology.
  2. ↑ 1 2 Catalog of the German National Library (alm.).
  3. ↑ 1 2 3 4 "Subki Takiyyuddin". TDV İslam Ansiklopedisi. 09.06.2025 tarixində arxivləşdirilib.
  4. ↑ 1 2 Takiyyüddîn es-Sübkî’nin Hayatı, İlmî Şahsiyeti ve Eserleri (türk). 2024.

Həmçinin bax

redaktə
  • Bahaəddin əs-Subki
  • İbn Əbdilbər əs-Subki
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təqiyyəddin_əs-Subki&oldid=8167090"
LOVE.AZ