. Love.az

Bahar Muradova - Wikipedia - Love.az

Ana Səhifə - Bahar Muradova

Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat.

Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vəzifədədir
12 mart 2020-ci ildən[*]
  1. ↑ i. e. 14–16 fevral 2024
ƏvvəlkiHicran Hüseynova
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
5 mart 2021 – 11 mart 2021
ƏvvəlkiNurlana Əliyeva
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
2005 – 2019
Azərbaycan Respublikasının Milli Məclisinin II-III-IV-V çağırış üzvü
2000 – 2019
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1962(1962-03-20) (63 yaş)
Doğum yeri
  • Füzuli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi (–1990),
  • Azərbaycan Universiteti (–2000)
Fəaliyyəti siyasətçi, vəkil
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Şöhrət" ordeni — 2012 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı — 2019 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022
"Birlik" ordeni (Müstəqil Dövlətlər Birliyi)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Elmi fəaliyyəti
  • 4 Mükafatları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub[1]. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.

Siyasi fəaliyyəti

redaktə

1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavini olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib.[2]

2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.

12 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[3]

Ailəlidir, bir qızı var.

Elmi fəaliyyəti

redaktə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu ildə keçirilən müdafiədə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (İxtisasın kodu və adı: 23.00.04 – Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri). Dissertasiyanın adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" olmuşdur. Elmi rəhbəri tarix elmləri doktoru, professor Ə. M. Həsənov, rəsmi opponentləri tarix elmləri doktoru, professor M. C. Qasımlı və siyasi elmlər namizədi H. B. Məmmədov olmuşdur[4].

Mükafatları

redaktə
  • 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[5]
  • 2017-ci ildə Azərbaycanda parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Milli Məclisin Fəxri medalı ilə təltif olunmuşdur.
  • 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
  • 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
  • 2022-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[6]
  • 23 avqust 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

İstinadlar

redaktə
  1. ↑ "MURADOVA BAHAR ƏVƏZ qızı-MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  2. ↑ "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  3. ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  4. ↑ Dissertasiyalar [ölü keçid]
  5. ↑ "B.Ə.Muradovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
  6. ↑ "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bahar_Muradova&oldid=7912987"
LOVE.AZ