. Love.az

Bananal - Wikipedia - Love.az

Ana Səhifə - Bananal

Bananal (port. Ilha do Bananal) — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir.

Bananal
port. Ilha do Bananal
Ümumi məlumatlar
Sahəsi 19 162 km²
Uzunluğu
  • 350 km
Eni 55 km
Hündür nöqtəsi 189 m
Yerləşməsi
11°20′00″ c. e. 50°25′00″ q. u.HGYO
Ölkə  Braziliya
Akvatoriya
  • Araquaya çayı
Bananal xəritədə
Bananal
Bananal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur).[1]

Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia).[2] Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır.

Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir. Əsasən su nəqliyyatı ilə əlaqə yaradılır. Adada yalnız Karaja hindularının qəbilələri yaşayır.

  • keramika heykəlciyi
    keramika heykəlciyi

İstinadlar

redaktə
  1. ↑ "Island Superlatives". 2017-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.
  2. ↑ Artigo 28 do Estatuto do Indío-lei No. 6001 19/12/1973
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bananal&oldid=6996648"
LOVE.AZ