Baqrat Vasilieviç Şinkuba (abx. Баграт Уасыл-иҧа Шьынқәба; 12 may 1917[1], Çlou[d], Suxum dairəsi[d], Rusiya imperiyası[2] – 25 fevral 2004[1], Suxumi) — Sovet abxaz nasiri, şairi, dövlət xadimi, Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1978). Sosialist Əməyi Qəhrəmanı (1987). Abxaziya MSSR xalq şairi (1967).
Baqrat Şinkuba | |
---|---|
abx. Баграт Уасыл-иԥа Шьынқәба | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1917(1917-05-12)[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 fevral 2004(2004-02-25)[1] (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dilçi, tarixçi, yazıçı, şair, siyasətçi |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
O, tarixçi və dilçi, abxaz-adıq dillərinin və abxaz-adıq xalqlarının tarixinin tədqiqatçısı kimi tanınır.
Baqrat Vasilieviç Şinkuba 12 may 1917-ci ildə Sxumi dairəsinin Çlou kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra Suxumiyə yollanıb. 1939-cu ildə Suxumi Pedaqoji İnstitutunu bitirib. 1939-cu ildə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına daxil olub. 1945-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Baqrat Şinkuba 1946-cı ildən Ümumittifaq Kommunist Partiyasının (bolşeviklər) üzvü olub.
1953-cü ildə Abxaziya Yazıçılar İttifaqının katibi, 1956-cı ildə isə Abxaziya MSSR Yazıçılar İttifaqının sədri seçilib. On ildən artıq Abxaziya MSSR Nazirlər Sovetinin D. İ. Quliya adına dövlət mükafatlarının verilməsi komissiyasının sədri olub.
Baqrat Şinkuba 1958–1978-ci illərdə Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub.
5-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. Şinkuba 1976-cı ildən — Gürcüstan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1958-ci ildən — Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd idi.
D. İ. Patiaşvilinin dediyinə görə, 1947-ci ildə Şinkuba "İosif Stalin və Lavrenti Beriyadan Abxaziyanı Gürcüstandan ayırmağı və ona müstəqil respublika statusu verməyi tələb edərək Kremlə məktub ünvanlayıb".[3]
Baqrat Şinkuba 1997-ci ildə Abxaziya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.[4]
1938-ci ildə onun "İlk nəğmələr" adlı ilk şeirlər toplusu nəşr olunub. Onun adı abxaz ədəbiyyatında yeni bir janrın mənzum romanın yaranması ilə bağlıdır. Bu qəbildən onun ilk əsərləri "Mənim həmvətənlərim", "Qaya mahnısı" poemalarıdır.[5] Baqrat Şinkubanın "Qaya mahnısı" poeması əsasında 1975-ci ildə Dovjenko adına kino studiyada "Ağ papaq" bədii filmi çəkilib.[6]
Yazıçı məşhur "Gedənlərin sonuncusu" romanını XIX əsrin ikinci yarısında Şimali Qafqazda mühacirliyə və Ubıxların tarixinə həsr edib.[7] Romanın baş qəhrəmanı Türkiyə dilçisi, yazar, dövlət quluqçusu, Ubıx dilinin son danışıcısı Tevfik Esenç olub. Onun çoxsaylı şeirləri, o cümlədən Abxaziyada məşhur olan "Muhacirlərin laylası" əsəri var.
O, həm də uşaq şeirlərinin və bir neçə nağılların müəllifi kimi tanınıb.