Barbudos — Fidel Kastronun Kuba inqilabı dövründəki silahlı döyüşçülərini nəzərdə tutan ifadə.
İngilis tarixçisi və yazıçısı Hyu Tomas özünün “Kuba inqilabı” (1986) kitabında qeyd edir: “Barbudoslar içki içmir, qarət etmir, özlərini müqəddəslər kimi aparırlar. Tarixdə heç bir ordu özünü Havanadakı kimi yaxşı aparmamışdı.”[1]