. Love.az

Barbus Ciscaucasicus - Wikipedia - Love.az

Ana Səhifə - Barbus Ciscaucasicus

Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır.

Terek şirbiti
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Dəstə:
Çəkikimilər
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Çəkilər
Yarımfəsilə:
Barbinae
Cins:
Şirbit
Növ:
Terek şirbiti
Beynəlxalq elmi adı
  • Barbus ciscaucasicus Karl Fedorovich Kessler, 1877[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  688524
NCBI  101904
EOL  216928

Mündəricat

  • 1 Xarakterik morfoloji əlamətləri
  • 2 Yaşayış yeri və həyat tərzi
  • 3 Yayılması
  • 4 Cinsi statusu və çoxalma xüsusiyyətləri
  • 5 Limit faktorları
  • 6 Rasionu
  • 7 Düşmənləri
  • 8 İnsan həyatına təsiri
  • 9 Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Xarakterik morfoloji əlamətləri

redaktə

Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur.[2]

Yaşayış yeri və həyat tərzi

redaktə

Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Yayılması

redaktə

Azərbaycanda 5 növünün nümayəndələri yayılmışdır. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanın şimal-şərq hissəsindən axan çaylarda və Samur-Abşeron kanalında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

redaktə

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə çayların daşlı sahələrində tökür. Çoxalması aprel-iyul aylarında baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 2.2 minlə 16.2 min kürü arasında dəyişir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.[3]

Limit faktorları

redaktə

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu

redaktə

Əsasən su cücüləri və onların sürfələri ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını kürəkayaqlı xərçənglər, yosunlar, müxtəlif su cücüləri və onların sürfələri təşkil edir.

Düşmənləri

redaktə

Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri

redaktə

Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.[3]

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

redaktə

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
  2. ↑ Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124. 4. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  3. ↑ 1 2 Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Terek_şirbiti&oldid=6793474"
LOVE.AZ