Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür.
Bataqlıq tısbağası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Bataqlıq tısbağası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir.
Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir. Yüksək dağlıq istisna olmaqla Azərbaycanda bütün şirin su hövzələrdə rast gəlinir: göl, bataqlıq, gölməçələr, suvarma kanalları və s.
Onlar əsasən gün çıxdıqdan sonra aktivləşirlər. Qışlamadan hava +6—14 °C və suda +5—10 °C olarkən mart-aprel ayları qayıdırlar. Qışlama isə oktyabrın sonu noyabrın əvvələrinə təsadüf edir.
Bataqlıq tısbağaları əsasən onurğasızlarla qidalanırlar. Qurdlar, molyusklar, xərçəngkimilər və s ilə qidalanırlar. Bitkilər onların qida rasionunda az bir qism təşkil edir.
Qışlamadan qayıdan tısbağalar bir müddət sonra çütləşirlər. Cütləşmə zamanı suyun temperaturu 23-25° təşkil etməlidir. Cütləşmədən 50-65 gün sonra isə dişi yumurta qoyur. İnkubasiya 27-29° baş verir. 3-19 ağ yumurta qoyurlar. Yumurtalar ellips formasında olur. Uzunluqları 28–29 mm, eni 12–21 mm, çəkisi 7-8 q təşkil edir. İnkubasiya 60-110 gündür. Balalar 22–25 mm uzunluğa və 5 q çəkiyə malik olurlar[3]
Əsasən iri məməlilər və yırtıcı quşlar onların düşmənləridir. Onların yumurtalarını isə çöl itləri, tülkülər və qarğalar yeyirlər[4]
Onların təbiətdə 25-30 il yaşaması məlumdur. Bununla belə hətta 120 yaşlı tısbağaların olması məlumatı vardır[5] Latviyanın Dauqavpilis şəhərində tısbağaya abidə ucaldılmışdır.
Ümumilikdə bu növə 16 yarımnöv daxildir[6], onlarda öz növbəsində 5 qrupa bölünür. Yarımnövləri: