Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 28 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Batur Emin Akyel— Türkiyəli yazar, rejissor və prodüser. 30.09.1976-cı ildə Türkiyənin Dənizli şəhərində doğulub.
Batur Emin Akyel | |
---|---|
Məlumat | |
Cinsi | Kişi |
Peşə | Rejissor |
Dini | Müsəlman |
Milliyyəti | Türk |
Batur Emin Akyel 30 sentyabr 1976-cı ildə Türkiyənin Dənizli şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Aydın vilayətinin Nazilli şəhərində alıb. 1999-cu ildə Ege Universitetində radio-televiziya və kino ixtisası üzrə təhsil alıb. Təhsil aldığı dövrdə İstanbula gələn Batur Emin Akyel başda Osman Sınav olmaqla bir çox yönətmənlərin yanında çalışaraq rejissor ixtisasına yiyələnib.
O, peşəkar karyerasına 1996-cı ildə rejissor assisenti kimi başlayaraq, sonralar ikinci rejissor, ssenarist, redaktor, pradyüser kimi bir çox layihələrdə çalışıb. 2000–2013-cü illərdə Koliba Film şirkətində baş direktor olaraq çalışıb.
Daha sonra o karyerasını özünün yaratdığı İqlim Film və CABIN Creative Agency-Events –də davam etdirmişdir. Kırşehir Ahi Evran Universiteti, Elazığdakı Fırat Universiteti, İstanbuldakı Özəl Üsküdar Universitetləri kimi ali təhsil ocaqlarında təcrübə- seminar proqramlarında iştirak edib. 2018-ci ilin noyabrında Azərbaycanın ilk Turizm və Biznes kanalı olan Qafqaz TV-nin dəvəti ilə Bakıya gələn Batur Emin Akyel burda rejissoru olduğu "Məddah" filminin göstərisində iştirak edib.
Qafqaz TV-nin direktoru, yaradıcı yönətmən Eltən Qədimbəylinin müəllifi olduğu "Çöldə Yaşam Öyüdləri" verilişinin qonağı olub və bu verilişdə öz uğur açarını paylaşıb.[1]
Batur Emin Akyel hazırda "MEDİAMASTER" film şirkətində bədii rəhbər olaraq çalışır və Qafqaz TV ilə məsləhətçi kimi iş birliyi var.
Bakıda yaşayır, ailəlidir, 2 övladı var.
TV karyerası zamanı çəkilişlərində iştirak etdiyi 600 bölümdən çox serialların bir hissəsi, başda Türkiyə olmaqla əllidən çox ölkədə yayımlanaraq uğur qazanıb.
Prodüseri olduğu film:
Məddah (2013)[4]
Vali (2009)[5]
Məddah (2013)[4]
Rejissoru olduğu filmlər
1. http://www.kameraarkasi.org/yonetmenler/batueminakyel.html
2. https://cz-news.net/news/batur+emin+akyel
3. http://www.beyazperde.com/sanatcilar/sanatci-254225/
4. https://mywed.com/ru/photographer/Cabin/
5. https://www.intersinema.com/batur-emin-akyel-filmleri/
6. https://www.trthaber.com/haber/kultur-sanat/8-yeni-film-vizyonda-122401.html
7. Batur Emin Akyel — IMBD