Bedia Ener Öztep (15 iyun 1954, İstanbul – 13 yanvar 2025) — türkiyəli aktrisa
Bedia Ener | |
---|---|
Doğum tarixi | 15 iyun 1954(1954-06-15) |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 2025(2025-01-13) (70 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1968-ci ildən |
IMDb | ID1855926 |
1954-cü il iyunun 15-də İstanbulda anadan olub. Anası aktrisa Nedret Enerdir. Bedia Ener aktrisalıq karyerasına 1968-ci ildə başlayıb.[1] 1970-ci ildə İstanbul Şəhər Teatrlarının heyətinə qatılıb. 17 yaşından səs aktyoru kimi fəaliyyət göstərmiş və səsi ilə Türkiyədə tanınmağa başlamışdır.[2] Səsləndirmə sahəsindəki uğurlarına görə 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi, TÜRSAK və Mədəniyyət Şəhəri Vəqfi ilə birgə təşkil edilən mükafatlandırma mərasimində mükafata layiq görülüb.[3]
Yarpaq tökümü, Bir zamanlar Osmanlı və digər seriallarda yer alıb. 2006–2010-cu illərdə yayımlanan "Yaprak tökümü" serialında Neyyir Xanım obrazı ilə məşhurlaşıb.[4][5]
13 yanvar 2025-ci ildə vəfat edib.[6]