. Love.az

Benthophilus Durrelli - Wikipedia - Love.az

Ana Səhifə - Benthophilus Durrelli

Don çömçəxulu (lat. Benthophilus durrelli) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Növün latın adı ingilis naturalisti və yazıçısı Cerald Durrellin şərəfinə adlandırılmışdır.

Don çömçəxulu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Xulkimilər
Fəsilə:
Xullar
Cins:
Çömçəxul
Növ:
Don çömçəxulu
Beynəlxalq elmi adı
  • Benthophilus durrelli, 2004
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Təsviri
  • 2 Arealı və yaşayış ərazisi
  • 3 Xüsusiyyətləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Təsviri

redaktə

2004-cü ilə qədər Ulduzlu çömçəxul olaraq hesab edilirdi. Halbuki analoji növün bel üzgəci don çömçəxuluna nisbətdə daha arxada yerləşir.

Uzunluğu 6,6 sm təşkil edir. Ətraflarında üç tünd ləkə vardır. Onlardan birincisi belində yerləşir. Ensiz, yarımdairəvi formadadır. Bel üzgəcində çoxlu ləkələr olur. onurğasında fəqərələrinin sayı 28-29-dir.

Arealı və yaşayış ərazisi

redaktə

Don çömçəxulu Rusiyanın avropa hissəinin endemik canlısıdır. Təbii arealı Don çayının aşağı axarları, Simlyansk su anbarından Taqanroq körfəzinə, Manış çayı da daxil olmaqla Manıç-Qudilo gölü. Əsasən çşirinsulu əraziləri, çay mənsəblərini üstün tuturlar. hansı ki, burada suyun duzluğu 3 ‰ təşkil edir. Azov dənizinə daxil olmurlar. Volqa-Don kanalı istifadəyə verildikdən sonra Volqa çayına krevetlərin araxasınca köç etmişlər. Kama çayının yuxarı axarlarına kimi yayılmışlar. Dib balıqları olduğundan lilli və qumlu dibi olan ərazilərdə yaşayır.

Xüsusiyyətləri

redaktə

Kürüləmə dövrü may-avqust ayları baş tutur. kürüləmədən sonra balıqlar ölür. Kiçik molyusklar, xərçəngkimilər və həşərat qurdları ilə qidalanır. Orta ömür müddəti bir ilə yaxındır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Don_çömçəxulu&oldid=6825172"
LOVE.AZ