. Love.az

Beovoz - Wikipedia - Love.az

Ana Səhifə - Beovoz

Beovoz — Belqradda mövcud olan, paytaxtın mərkəzini şəhər ətrafı şimal, qərb və cənub hissələri ilə birləşdirən dəmiryolu şəbəkəsi. Dəmiryolu şəbəkəsinin sahibi Serbiya Dəmir Yolları şirkətidir.

ЭР31 eletrik qatarı

Mündəricat

  • 1 Tarixi
  • 2 Xətlər
  • 3 İstinadlar
  • 4 Qalereya
  • 5 Mənbə

Tarixi

redaktə

Belqrad dəmiryol qovşağının yenidən qurulmasına 1971-ci ildən başlanılmışdır. 1977-ci ildən başlayaraq isə mərkəzi hissədə 10 km uzunluğunda tikinti başlamış və bir neçə tünel belə inşa edilmişdir. 1984-cü ildən Bataynisa - Beoqrad Sentar xətti istifadəyə verilir. Ancaq rəsmi açılış 1992-ci ildə gerçəkləşdirilir. Bu zaman şəhər mərkəzində tunelin açılması və üç istiqamətdə elektrik qatarları istifadəyə verilmişdir: qərbdə Batainitsa, şimaldan Pançevo və Belqradın cənubundakı Resnik. Operativ idarəetmə mərkəzi Belqrad-Senter stansiyasında («Prokop» kimi tanınır) yerləşir. Bu vağzalın tikintisi hələ də tam olaraq bitməmişdir. Bu stansiya təkcə daxili deyil həm də beynəlxalq reysləri də qəbul etməli idi
7 iyul 1995-ci ildə Pancev Körpüsü stansiyasına gedən ən uzun tuneldə 2 yeraltı stansiya açılmışdır
Xətlərdə əsasən Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ЭР31, ЭР35 elektrik qatarları və üç qapılı vaqonlardan istifadə edilir. Təkər oxu 1435 mm-dir.[1] 2010-cu ildən etibarən köhnəlmiş Riqa qatarlarını yeniləri ilə əvəz etməyə başlamışlar
Uzun müddət Beovoz xəttində intervallar yarım saatdan başlayırdı. Bu əsasən Pançev Körpüsü - Batainitsa xəttində müşahidə edilirdi. Digər xətlərdə isə gün ərzində bir neçə qatar göndərilir. Sistem şəhər sakinləri arasında məşhurluq qazanmasa da, şəhərətrafı sakinlər arasında böyük tələbatı vardı. 2007-ci ildə Beovozla təxminən 4,5 milyon sərnişin daşınmışdı.
2010-cu ildə Pançev Körpüsü-Yeni Belqrad hissəsi yenidən qurulmuş və BQ VOZ adlı yeni şəhər elektrik sisteminə daxil edilmişdir. Günün pik saatlarında interval 15 dəqiqə, digər vaxtlarda isə yarım saat olur. 2011-ci ildə Batainitsa stansiyasına gedən yollar yenidən qurulmuş və bu bölmə də yeni sistemə daxil edilmişdir.

 
ЭР31 elektrik qatarının təsvir diaqramı

Xətlər

redaktə
 

2012-ci il qrafikinə uyğun olaraq, aşağıdakı marşrutlar fəaliyyət göstərir:

  • 1 xətt: Pançev Körpüsü — Pançevo Voylovisa
  • 2 xətt: Belqrad-Senter (Prokop) — Ripan — Mladenovas
  • 3 xətt: Pançevo Voylovisa — Valevo
  • 4 xətt: Bataynisa — İnciya

İstinadlar

redaktə
  1. ↑ "Железнице СрбиJe (фотоотчёт в нескольких частях)". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.

Qalereya

redaktə
  •  
    Vukov spomenik stansiyası
  •  
    Qatarın daxili
  •  
    Yeni körpü
  •  
    Elektrikli qatar

Mənbə

redaktə
  • Расписание поездов Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine (ing.) (serb.)
  • Beovozun xəritəsi (serb.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Beovoz&oldid=7634244"
LOVE.AZ