. Love.az

Berberis Microphylla - Wikipedia - Love.az

Ana Səhifə - Berberis Microphylla

Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Şümşadyarpaq zirinc
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Zirinckimilər
Cins:
Zirinc
Növ:
Şümşadyarpaq zirinc
Beynəlxalq elmi adı
  • Berberis microphylla G.Forst.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  186729
EOL  5514583

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir. May ayında çiçəkləyir. Meyvələri uzunsov, qırmızı, parlaq olur, payızın əvvəlində yetişir, uzun müddət tökülmür, yeməlidir.

Ekologiyası

redaktə

Torpağa tələbkar olmayan bitkidir, qumlu və quru torpaqda, yerlərdə yaxşı bitir.

Azərbaycanda yayılması

redaktə

Mərkəzi Nəbatat Bağında və Mərdəkan Dendrarisində introduksiya edilmişdir.

İstifadəsi

redaktə

Alpinarilərdə istifadə edilir. Alp təpəciklərinin, miksborderlərin, rokarilərin salınmasında istifadə edilir. Bu növ yaxşı budandığı üçün kiçik tərtibatda istifadə edilir. Meyvələri yeməlidir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şümşadyarpaq_zirinc&oldid=8002657"
LOVE.AZ