Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.
Berlin Texniki Universiteti | |
---|---|
Technische Universität Berlin | |
![]() | |
![]() | |
Əsası qoyulub | 1770 |
Tip | Dövlət |
Rektor | Xristian Tomsen |
Tələbə sayı | 34.842[1] |
Şəhər | Berlin şəhəri |
Ölkə | |
Sayt | tu.berlin |
52°30′43″ şm. e. 13°19′35″ ş. u.HGYO | |
![]() |
|
![]() |
Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir.[3] 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur.[3] 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir.[3] Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır.[3]
Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır.[3] 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir.[3] 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.[3]
İnstitut 20 aprel 1945-ci ildə bağlanmış və 9 aprel 1946-cı ildə Berlin Texniki Universiteti adı altında yenidən fəaliyyətə başlamışdır.[3]
Berlin Texniki Universitetində ümumilikdə 30 mindən artıq tələbə təhsil alır. Onlardan 6 mini, yəni 20%-i əcnəbilərdir.[3]
Universitetə qəbul olmaq üçün alman dilinin səviyyəsi yüksək olmalıdır.[5] Dil bilikləri zəif olan tələbələr Universitetin tərkibində alman dili kurslarında hazırlaşırlar.[5]
Digər texniki ali məktəblərdən fərqli olaraq universitet zəngin tədris vəsaitləri təqdim edir. Burada biotexnologiya, mühəndis elmləri, inşaat, iqtisadiyyat, informatika, eləcə də humanitar və sosial elmlər üzrə bakalavr və magistrlər hazırlanır.[3]
Hazırda Berlin Texniki Universitetində təhsil ümumilikdə 7 fakültə üzrə aparılır:[3]
Berlin Texnoloji Universitetinin ərazisi Berlin şəhərinin müxtəlif yerlərində təqribən 600 000 m² ərazini əhatə edir.[3] Əsas universitet şəhərçiyi Şarlottenburqda yerləşir.[3]
Universitetin yeni əsas kitabxanası 2004-cü ildə açılmışdır.[3] Həmin vaxt əvvəlki 17 kitabxana da bu kitabxanaya birləşdirilmişdir.[3]
Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[6]
Berlin Texniki Universiteti 2004-cü ilin "Times Higher Education–QS World University Rankings" siyahısında 60-cı yerdə olmuşdur.[7]
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
Vikianbarda Berlin Texniki Universiteti ilə əlaqəli mediafayllar var. |
Almaniya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |