. Love.az

Berliner - Wikipedia - Love.az

Ana Səhifə - Berliner

Berliner — 470 × 315 mm (18,5 × 12,4 düym) ölçülü, ölçüsünə görə A3 və A2 formatları arasında yerləşən qəzet kağızı formatı.

Format XX əsrin əvvəllərində yaranıb və adını Berlin şəhərinin adından alaraq, o dövrdə daha geniş istifadə edilən North German və French formatları ilə rəqabətə başlayıb. Hazırda Fransada Le Monde və Le Figaro, İtaliyada La Repubblica və La Stampa, Belçikada De Morgen[ing.], Böyük Britaniyada The Guardian, İsraildə "Ha-Arets", Xorvatiyada Vjesnik, ABŞ-də Journal & Courier[ing.] (Lafayet, İndiana ştatı), Braziliyada Jornal do Brasil[ing.] qəzetləri bu formatda çap olunurlar.

Avropada Berliner Zeitung qəzetinin qısaca Berliner adlandırılması bəzən bu formatın adı ilə bağlı çaşqınlıq yaradır. Lakin bu qəzet berliner formatında çap olunmur. Almaniyada yalnız 2 milli qəzet berliner formatından istifadə edir: Die Tageszeitung (qısaca "taz" da adlandırılır) və Junge Welt. Əksər alman qəzetləri daha böyük olan, 570 × 400 mm ölçülərə malik nordisch formatında çap olunurlar.

Həmçinin bax

redaktə
  • Broadsheet

Xarici keçidlər

redaktə
  • How we got the measure of a Berliner (Как мы перешли на формат «берлинер» (англ.))
  • «Берлинер» в энциклопедии statemaster.com Arxivləşdirilib 2010-01-24 at the Wayback Machine [1] Arxivləşdirilib 2010-01-24 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Berliner&oldid=7360283"
LOVE.AZ