. Love.az

Betti Berens - Wikipedia - Love.az

Ana Səhifə - Betti Berens

Ketrin Betti Ebigeyl Berens (d. 24 aprel 1904 – ö. 3 yanvar 1989),[2] Betti Berens kimi tanınır və K.B.E.Berens kimi yazılır; Britaniyalı tarixçi və akademik; Erkən maraq dairəsinə VIII Henri, II Çarlz və İngiltərə tarixinin erkən müasir dövrü daxil idi. Daha sonra tədqiqatlarını qədim rejim - Orta əsrlərdən Fransız İnqilabına qədər olan Fransa Krallığı - üzərində cəmləşdirdi.[3][4] 1935-ci ildə Kembric Universitetinin Nyunhem Kollecinin üzvü seçildi. 1967-ci ildə Qədim rejim kitabını nəşr etdikdən sonra Kler Holl, Kembric kollecinin üzvü oldu.[4] "Qədim rejim" əsəri ona beynəlxalq nüfuz qazandırdı[5] və bu kitab "maraqlı və təsiredici" və "canlı, düşündürücü bir tarixçi yenidən dəyərləndirməsi"[6] kimi qiymətləndirildi.[7]

Betti Berens
Doğum tarixi 1904[1]
Doğum yeri
  • London, London qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 1989[1]
Həyat yoldaşı
  • Edvard Karr[1]
Fəaliyyəti tarixçi

Mündəricat

  • 1 Həyatının erkən dövrü və təhsili
  • 2 Akademik fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 Seçilmiş əsərləri
  • 5 İstinadlar

Həyatının erkən dövrü və təhsili

redaktə

Behrens 24 aprel 1904-cü ildə Londonda anadan olub.[4] Atası Noel Edvard Berens (1879–1967) atasından böyük miqdarda sərvət miras almış yəhudi məmur və bankir idi.[4] Anası Vivyen Berens (1880–1961), Ser Sesil Kovardın qızı, xristian kimi böyüdülmüşdü.[4][8] Berens evdə müəllimlər tərəfindən təhsil alıb və heç vaxt məktəbə getməyib.[5] O, erkən yaşlarından fransız və ingilis dillərində danışırdı, sonradan alman dilini də öyrəndi.[4] 1923-cü ildə Ledi Marqaret Holl, Oksford kollecində müasir tarix üzrə təhsil almağa başladı[4] və 1926-cı ildə birinci dərəcəli bakalavr dərəcəsi ilə məzun oldu.[4] 1928-ci ildə o, Birlik təqaüdünü qazandı və ABŞ-ın Massaçusets ştatında, Kembricdə Harvard Universitetinə bağlı qadın kolleci olan Redkliff Kollecində təhsil aldı.[4][5]

Akademik fəaliyyəti

redaktə

Böyük Britaniyaya qayıtdıqdan sonra Bedford Kolleci, London və Oksford Universitetinin University Kollecdə tədqiqatçı kimi çalışdı.[4][5] 1935-ci ildə Kembric Universitetinin Nyunhem Kollecinin üzvü seçildi.[4][5] 1938-ci ildə Kembric Universitetinin Tarix fakültəsində köməkçi müəllim, bir il sonra isə mühazirəçi oldu.[5] 1930-cu illərdə onun tədqiqatları VIII Henriyə həsr olunmuşdu və o, kralın boşanması və daimi diplomatlar haqqında elmi məqalələr dərc etdirmişdi.[4] 1941-ci ildə II Çarlz haqqında bir məqalə yazaraq araşdırmalarını daha sonrakı İngiltərə tarixinə yönəltdi.[4]

İkinci Dünya Müharibəsi zamanı bir çox akademiklər kimi o da hökumətə xidmət göstərdi. Vaytholda işlədi[4][5] və çox güman ki, Müharibə Nəqliyyatı Nazirliyində fəaliyyət göstərdi.[9]

Müharibədən sonra on ilini Böyük Britaniya tərəfindən idarə olunan ticarət gəmilərinin müharibədəki rolunu araşdırmağa və rəsmi İkinci Dünya Müharibəsi tarixi üçün yazmağa sərf etdi.[9][10]

Daha sonra o, Fransa qədim rejimi və Fransız İnqilabı mövzusuna yönəldi. 1967-ci ildə Qədim rejim kitabını dərc edərək,[4] Fransız İnqilabının səbəbləri ilə bağlı hakim Marksist nəzəriyyələri tənqid etdi. Bu kitab ona qısa müddətdə şöhrət qazandırdı və onu Anqlo-Amerikan intellektual elitasına daxil etdi.[4] Həmin il o, Nyunhem Kollecindən Kler Holla keçdi.[11]

Berens 1972-ci ildə tam ştatlı akademik fəaliyyətdən təqaüdə çıxdı, lakin 1972–1986-cı illər arasında Kler Holun fəxri üzvü kimi elmi işlərini davam etdirdi.[11] Onun sonuncu kitabı "Cəmiyyət, hökumət və maarifçilik: XVIII əsr Fransa və Prussiya təcrübəsi"1985-ci ildə, 81 yaşında nəşr olundu.[4]

Şəxsi həyatı

redaktə

1966-cı ildə Berens tarixçi və keçmiş diplomat E.H.Karr ilə evləndi.[4][12] Lakin 1982-ci ildə Karr vəfat etdikdə, onlar artıq bir neçə ildir ayrı yaşayırdılar.[4]

Berens 3 yanvar 1989-cu ildə vəfat etdi.[4]

Seçilmiş əsərləri

redaktə
  • Behrens, C. B. A. Merchant shipping and the demands of war. London: Her Majesty's Stationery Office. 1955.
  • Behrens, C. B. A. The Ancien Régime. London: Thames and Hudson. 1967. ISBN 978-0500330067.
  • Behrens, C. B. A. Society, government, and the Enlightenment: the experiences of eighteenth-century France and Prussia. London: Thames and Hudson. 1985. ISBN 978-0500250907.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. ↑ Şablon:Cite ODNB
  3. ↑ "Making History: Behrens, (Catherine) Betty Abigail (1904–1989)". Institute of Historical Research. University of London. İstifadə tarixi: 15 March 2017.
  4. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Şablon:Cite ODNB
  5. ↑ 1 2 3 4 5 6 7 Steinberg, Jonathan. "C. B. A. Behrens". The Independent (707). 16 January 1989. səh. 24.
  6. ↑ "How Not To Govern". The Economist (6458). 3 June 1967. səh. 1025.
  7. ↑ Thomson, David. "Chronic Decadence?". The Times Literary Supplement (3422). 28 September 1967. səh. 901.
  8. ↑ Şablon:Cite ODNB
  9. ↑ 1 2 Ranken, Michael. "C. B. A. Behrens". The Independent (711). 20 January 1989.
  10. ↑ Behrens, C. B. A. Merchant Shipping and the Demands of War. London: Her Majesty's Stationery Office. 1955 – Hyperwar Foundation vasitəsilə.
  11. ↑ 1 2 "Collection: The Papers of Betty Behrens". ArchiveSearch. University of Cambridge. 21 July 2004. İstifadə tarixi: 15 September 2022.
  12. ↑ -Bakewell, Joan. "A moment that changed me: my teacher said my work was trite rubbish – and totally destroyed me". The Guardian. 8 September 2021. İstifadə tarixi: 8 September 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Betti_Berens&oldid=8091459"
LOVE.AZ