Beynəlxalq İnsan Hüquqları İnstitutu (BİHİ; fr. Institut international des droits de l'homme) — Fransanın Strasburq şəhərində yerləşən yerli qanunvericiliyə uyğun assosiasiya. Buraya dünya üzrə təxminən 300 üzv (fərdi və kollektiv), o cümlədən universitetlər, tədqiqatçılar və insan hüquqları üzrə praktiklər daxildir.
Beynəlxalq İnsan Hüquqları İnstitutu | |
---|---|
Sədr | Jan-Pol Kosta[1] |
iidh.org |
BİHİ 1968-ci ildə "Nobel" sülh mükafatını qazanan Rene Kassen tərəfindən təsis edilmişdir. O, pul mükafatını Strasburqda beynəlxalq insan hüquqları institutunun yaradılmasına bağışlamışdır.[2][3] Hazırkı prezident 2011-ci ildən Jan-Pol Kostadır.
BİHİ Birləşmiş Millətlər Təşkilatının tanınmış tərəfdaşıdır və ECOSOC və YUNESKO ilə məsləhətçi statusa malikdir. O həmçinin, digər beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı ilə əməkdaşlıq edir.