. Love.az

Bir Xalanin Sirri - Wikipedia - Love.az

Ana Səhifə - Bir Xalanin Sirri
Bir qalanın sirri ilə səhv salmayın.

Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Quliyev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli ifa edirlər.

Bir xalanın sirri
Janr Komediya
Rejissor Emil Quliyev
Prodüser İlkin Həsəni
Baş rollarda İlkin Həsəni
Ramil Babayev
Elşən Orucov
Azər Baxşəliyev
Nicat Rəhimov
İlkin Misgərli
Şahmar Qəribli
Yasin Qarayev
Beyrək Rüstəmov
Gülzar Əşrəfova
İstehsalçılar Azad Azərbaycan Televiziyası
İlk Media
İlk baxış tarixi 2018
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2018
Əvvəlki film Stalinin başı
Sonrakı film Bombaltı
Rəng Rəngli
IMDb ID7858228

Məzmun

redaktə

Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.

Filmin üzərində işləyənlər

redaktə
  • Rejissor: Emil Quliyev
  • İdeya: Ənvər Abbasov
  • Ssenaristlər: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Tərlan Nur Yaşar
  • Operator: Rəşad Qarayev
  • Baş prodüser: İlkin Həsəni, Cəfər Axundzadə

Rollarda

redaktə
  • İlkin Həsəni — Şəmi
  • Ramil Babayev — Şöşü
  • Elşən Orucov — Fəlakət
  • Nicat Rəhimov — Şirin
  • Azər Baxşəliyev — Ağsaqqal
  • İlkin Misgərli — Qılman
  • Şahmar Qəribli
  • Yasin Qarayev
  • Beyrək Rüstəmov
  • Gülzar Əşrəfova — Şöşünün bacısı
  • Kübra Hüseynova
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bir_xalanın_sirri&oldid=7882384"
LOVE.AZ