. Love.az

Birinci Meyniman - Wikipedia - Love.az

Ana Səhifə - Birinci Meyniman
Bu adın digər istifadə formaları üçün bax: Meyniman (dəqiqləşdirmə).

Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Meyniman kənd inzibati ərazi dairəsində kənd.[1]

Birinci Meyniman
40°02′35″ şm. e. 48°45′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Hacıqabul rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 761 nəfər (2019)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2414
Xəritəni göstər/gizlə
Birinci Meyniman xəritədə
Birinci Meyniman
Birinci Meyniman

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Tarixi

redaktə

Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır.[2]

Toponimikası

redaktə

Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır. İlk sakinləri Cənubi Azərbaycandan buradakı balıq vətəgələrində işləməyə gəlmiş azərb. ailələr olmuşlar. Sonralar ondan yeni məntəqə yaranmış və toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. Meyniman komponentinin fars dilindəki "mehman" (qonaq, gəlmə) sözünün fonetik variantı olduğunu ehtimal etmək olar.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır.[4]

Həmçinin bax

redaktə
  • Hacıqabul rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Hacıqabul rayonunda Kürdə daha bir bənd dağılıb, bir kəndi su basıb". 2010-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.
  3. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Birinci_Meyniman&oldid=7859911"
LOVE.AZ