Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. Birinci Dünya müharibəsi dövründə yaradılmışdır.
1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi:[1]
1918-ci ilin iyun ayında korpusun strukturu belə idi:[2]
Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.
Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.
1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir.[5] Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.