Boney M (Boni Em) – AFR-də 1975–1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb.
Boney M. | |
---|---|
![]() | |
![]() Boney M. qrupunun son konserti | |
Əsas məlumatlar | |
Üslub | Disko |
Fəaliyyət illəri | 1975—1989 |
Ölkə |
![]() |
Şəhər | Bonn |
Dil | ingiliscə |
Leybl | Hansa Records |
Heyət |
Meyzi Vilyams Marsiya Barrett Bobbi Farrell Liz Mitçell Reci Tsibo |
![]() |
1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar.
Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar. Rəqqas Bobbi Farelin isə səsi disklərə yalnız XX əsrin 80-ci illərin əvvəllərində yazılmaga başladı. Boney M kvarteti Amerikadan başqa, bütün dünyada fenomenal uğura imza atdı. 10 illik musiqi karyerasında kollektiv çoxlu musiqi mukafatları qazandı və bundan başda dəfələrlə dünyanın müxtəlif ölkələrində albom satışlarına görə Ginnesin rekordlar kitabına düşməyi bacardılar.
Prodüser Farian studiada Bobbiyə çox kiçik rol vermişdi. Bu səbəbdən də 1981-ci ildə onunla vidalaşmalı oldular. Bobbi Farreli yüksək peşəkar müğənni və musiqiçi Reci Tsibo əvəzləyir. Lakin auditoriya Boney M qrupunun tərkibində Bobbi Farreli görməyə öyrəşdiyi üçün, 1984-cü ilin sonları Farian onu yenidən kollektivə qaytarır. 1986-cı ildə Farian Boney M grupunun dağıldığını açıqlayır. Yanvar ayının 16-sı grup ZDF kanalında əlvida konsertini təşkil edirlər.
Daha sonralar qrupun hər bir üzvü özlərinə yeni bek vokalçılar taparag ayrı ayrılıqda Boney M adı altında ifa etməyə başladılar. Lakin grupun yaradıcısı və Boney M adının əsl sahibi Frenk Farian yalnız Liz Mitçelin başçılıq etdiyi kollektivi Boney M kimi qəbul edirdi. Albom yazılışlarında Liz Mitçel qadın vokal hissələrinin 80 faizini ifa edirdi.
2005-ci ildə grup öz 30 illiyini qeyd etdi. Ən yaxşı mahnılarının yer aldığı The Magic of Boney M işıq üzü gördü. Albomda Farianla Liz Mitçelin ifa etdiyi yeni mahnı da var idi. Dünyanın bir çox ölkəsində yüksək tirajla satıldı. Bir çox ölkədə nömrə 1-ə kimi yüksəldi. Həftələr və aylarla reyting cədvəllərinin zirvəsində qaldı. 2007-ci ildə bütün köhnə albomlarını yenidən satışa çıxardılar və yeni DVD Fantastic Boney M On Stage and On the Road-u dinləyicilərə təqdim etdilər. Christmas With Boney M adlı yeni il mahnılarından ibarət albom da işıq üzü gördü.
Bayram albomunun satışa çıxması yeni il qabağı yüksək səviyyədə reklam olunurdu. Son olaraq albom dünyanın ən yaxşı yeni il albomları arasında öz yerini tutmağı bacardı. Bundan başqa grupun 200 milyondan artıq albomu satılıb. Bu orijinal satış rəqəmidir. Qrupun pirat yolu ilə 300 milyondan artıq kopyalanmış albomu da satılıb. "Boney M" kollektivi o zamanlar SSRİ-də konsertinə icazə verilən qruplardan biri idi.
İndiyə qədər onların albomları bütün ölkələrdə satılmağa davam edir. Grupun üç singli Böyük Britaniyadakı satış həcminə görə Ginnesin rekordlar kitabında ilk onluqda yer alır. Almaniyada isə milli reyting cədvəlində indiyədək ən çox zirvədə qalmiş grupdur. Boney M Rivers of Babylon mahnısı ilə on yeddi həftə birinci pillənin sahibi olub. Qərb tənqidçiləri Boney M grupunu tez-tez qaradərili "ABBA" adlandırırdılar. Çünki 20-ci əsrin 70–80-ci illərində yalnız isveçli qrup "ABBA" Boney M-lə məşhurluq yarışı apara bilirdi.
2006-cı il sentyabr ayının 21-də Londonda grupun məşhur parçasına hazırlanmış Daddy Cool myuzikliının primyerası keçirilib. Myuziklın budcəsi beş milyon avro təşkil edib və Boney M-in mahnılarından istifadə olunub. Bundan öncə ABBA Mamma Mia və əfsanəvi rok qrupu "Queen" musiqi qrupunun "We Will Rock You" mahnısı da bütün dünyada tamaşa olunmuşdu. Qrup Hollandiyada "Daddy Cool" mahnısının premyerasını keçirməyi planlaşdırır.
"Boney M" qrupunun bütün haqqları, aranjımanlar və bəstələr qrupun prodüseri və yaradıcısı Frenk Fariana məxsusdur. 1989-cu ildən etibarən Farian yalnız Liz Mitçelə Boney M adı ilə konsertlər təşkil etməyə icazə vermişdi.