Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur.[1]
Borçalı distansiyası | |
---|---|
Tarix | Hadisə |
1801 | 28 fevral (16 fevral Yuli təqvimi); General-mayor Lazarev İvan Petroviçin əmri ilə Tiflisdəki Sioni məbədinə yığılmış gürcü əyanlarına Rusiya imperatoru I Pavelin 30 dekabr (18 dekabr Yuli təqvimi) 1800-cü il tarixində imzaladığı Kartli-Kaxetiya krallığının (və onun vassallarının) birdəfəlik Rusiya İmperiyasına birləşdirilməsi haqqında manifest oxundu.[2][3][4] |
1801 | 1 mart (17 fevral Yuli təqvimi); Tiflis şəhəri əhalisinin çoxunu təşkil edən xristian dinindən olanlar üçün Vəng kilsəsində manifest gürcü dilində oxunmuş, bundan sonra kapitan Taqanov[q 1] başçılıq etdiyi 24 kazak əsgəri ilə birlikdə Tiflisin küçələrini gəzərək manifesti rus, gürcü, erməni və azərbaycan[5] dillərində əhaliyə oxumuşdur.[3][6] |
1801 | 18 mart (6 mart Yuli təqvimi); Senata verilmiş göstərişə əsasən bütün ölkə vahid Gürcüstan quberniyasını təşkil edərək Rusiya imperiyasına daxil edildi.[7] |
1801 | 24 sentyabr (12 sentyabr Yuli təqvimi); Rusiya imperatoru I Aleksandrın imzaladığı manifestə əsasən Gürcüstan quberniyasının daxili idarəetmə sistemi və qaydaları təsdiq edildi.[8][9] Beləliklə, Gürcüstan quberniyası 5 qəzaya bölündü, bunlardan üçü (Qori, Loru və Duşeti qəzaları) Kartlidə, ikisi isə Kaxetiyada (Telavi və Sığnaq qəzaları) yerləşirdi.[8] Loru qəzasında keçmiş Somxetiya[10] əyalətinin Borçalı və Trialeti dairələrini əhatə edən "Borçalı distansiyası", Pəmbək dairəsini əhatə edən "Pəmbək distansiyası", işğal nəticəsində ləğv edilmiş Qazax sultanlığını əhatə edən "Qazax distansiyası" və Şəmşəddil sultanlığını əhatə edən "Şəmşəddil distansiyası" təşkil edildi. |
1804 | 5 dekabr (23 noyabr Yuli təqvimi); Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi.[11] |
Gürcüstan quberniyasının ləğvinədək | |
1840 | 22 aprel (10 aprel Yuli təqvimi); Gürcüstan quberniyası ləğv edildi və onun keçmiş bütün əraziləri yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyası inzibati cəhətdən 11 qəzaya bölündü: Tiflis, Kutais, Qori, Telav, Balakən, Yelizavetpol, İrəvan, Naxçıvan, Axalsıx və Quri qəzaları. Ləğv edilmiş Borçalı distansiyasının çox hissəsi Tiflis qəzasına, qalan qismi isə ləğv edilmiş Qazax, Şəmşəddil və Pəmbək-Şörəyel distansiyaları ilə birlikdə Yelizavetpol qəzasına daxil edildi.[12] |
Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi.[13] Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi.[13]
Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü büruzə verir:
1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" kitabının II hissəsinin 267-ci səhifəsində verilən məlumata əsasən Borçalı distansiyası təxminən 8.000 verst²[16] sahəni əhatə edirdi.[13]
General-leytenant Karl Fyodroviç Knorrinqin Rusiya imperatoru əlahəzrət I Aleksandra yazdığı 28 iyul 1801-ci il tarixli raportuna əsasən Kartli-Kaxetiya krallığının əhalisi onun bu ölkədə səyahətdə olduğu tarixdə (19 aprel, 1801-ci il bu ölkəyə gəlmiş və burada 22[17] gün qalmışdır) təxminən 35.000 ailədən ibarət idi.[18][19]
2 mart, 1804-cü ilin kameral təsvirinə əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasında hər iki cinsdən toplam 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.[20]
1809-1811-ci illərdə Qarabağ xanlığı ərazisindən qaçqın düşmüş və Məlik Bağırbəy Bəylərov tərəfindən idarə edilən 428 etnik erməni ailəsi (kişi cinsindən 2.140 nəfər) Borçalıda yerləşdirildi.[21]
Alman şərqşünası, səyyahı və politoloqu Heynrix Yulius von Klaprotun 1827-ci ildə Parisdə nəşr edilmiş "Qafqazın və Rusiya ilə Persiya arasında olan vilayətlərin tarixi, coğrafi, etnoqrafik təsviri" (fr. Tableau historique, géographique, ethnographique et politique du Caucase et des provinces limitrophes entre la Russie et la Perse) kitabının 93-cü səhifəsində verilən məlumata əsasən Somxetiya əyalətində 5.500 türk (və ya türkmən) ailəsi yaşayırdı.[22]
2 sentyabr, 1829-cu il tarixli Ədirnə sülhünün şərtlərinə əsasən Ruslar 1830-cu ilin may - noyabr aylarında Osmanlı ərazisindən Cənubi Qafqaza 14.044 erməni ailəsi (hər ailə üçün 6 nəfər qəbul edilməklə təxminən 84.000 nəfərdən çox) köçürdülər.[23] Onlardan 1.050 ailə (6.000 nəfərdən çox) Borçalı distansiyasında yerləşdirildi.[23]
1831-ci ilin kameral təsvirinə əsasən Borçalı distansiyasında 3.984[24] tüstü var idi və onlarda kişi[25] cinsindən 13.549[24] nəfər əhali yaşayırdı, 1832-ci ilin kameral təsvirinə əsasən isə distansiyada 145 kənddə 4.092 tüstü[26] var idi və onlarda kişi[25] cinsindən 13.762 nəfər əhali yaşayırdı.[27]
Distansiyanın sahəsi nəzərə alınarsa məlum olur ki, ərazinin hər kvadrat verstinə kişi cinsindən 1.7 nəfər əhali düşürdü.[27]
1832-ci ilin kameral təsvirinə əsasən Borçalı distansiyasında yaşayan kişi[25] cinsindən 13.762 nəfər olan əhalinin 8.479 nəfərini və ya 61.61%[28]-ni azərbaycanlılar[29], 3.634 nəfərini və ya 26.41[28]%-ni ermənilər, 767 nəfərini və ya 5.57%[28]-ni yunanlar, 669 nəfərini və ya 4.86%[28]-ni gürcülər, 213 nəfərini və ya 1.55%[28]-ni isə almanlar təşkil edirdi.[30]
Distansiyada ən geniş istifadə olunan dil Azərbaycan dili[5] idi.[30] Əhali azərbaycanca, ermənicə, gürcücə və almanca danışırdı.[30] Belə ki, yunanların az bir qismi ana dilini bilirdi və əsasən azərbaycanca danışırdılar.[30]