. Love.az

Yeger - Wikipedia - Love.az

Ana Səhifə - Yeger

Yeger (alm. Jäger‎ – hərf. "ovçu, atıcı") — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ Јеҝер // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 104.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yeger&oldid=7331453"
LOVE.AZ