. Love.az

Boris Antonov - Wikipedia - Love.az

Ana Səhifə - Boris Antonov

Boris Alekseyeviç Antonov (24 sentyabr 1913, Tatarıstan – 1981, Bakı) — Azərbaycanın geomorfoloqu, coğrafiya elmləri doktoru (1964), professor.

Boris Antonov
Doğum tarixi 24 sentyabr 1913(1913-09-24)
Doğum yeri
  • Tatarıstan, RSFSR
Vəfat tarixi 1981
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Haqqında

redaktə

1936-cı ildə Kazan Dövlət Universitetini bitirmişdir. 1936–40-cı illərdə Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı Stansiyasında, 1940–45-ci illərdə SSRİ EA Azərbaycan Filialının coğrafiya sektorunda, 1945-ci ildən isə Azərbaycan SSR EA Coğrafiya İnstitunun geomorfologiya şöbəsində (1963-cü ildən şöbə müdiri) işləmişdir. B. Antonov Azərbaycan relyefinin tədqiqatçılarındandır. Onun Azərbaycanın və Qafqazın geomorfologiya xəritələrinin və eyni adlı monoqrafiyaların hazırlanmasında mühüm xidməti var. Kiçik Qafqazın geomorfologiyasını və yeni tektonik hərəkətlərini, Talış təbii vilayətinin yeni tektonikasını, relyefinin inkişaf tarixini, formalaşmasını, paleocoğrafiyasını, qədim buzlaşmalarını, həmçinin Samur-Dəvəçi ovalığının müasir relyefinin formalaşmasını öyrənmişdir. 100-dən çox elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir.[1]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 554 – 555. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Boris_Antonov&oldid=6479491"
LOVE.AZ