Boris Veysfeyler (19 aprel 1941, Moskva)[1] — Sovet İttifaqında dünyaya gəlmiş, Pensilvaniya Dövlət Universitetində professor kimi işləmiş riyaziyyatçı idi və Çiliyə getməzdən əvvəl ABŞ-də yaşamışdır. ABŞ-nin məxfilikdən çıxarılmış sənədlərinə əsasən, Çili ordusunun patrulu onu saxlamış və 1960-cı illərdə Çilidə yaradılmış, alman mənşəli kənd təsərrüfatı icması olan Colonie Dignidada aparmışdır.[2] Pinoçet rejiminin hərbi diktaturası dövründə Boris Veysfeylerin boğularaq öldürüldüyü iddia edilir.
Boris Veysfeyler | |
---|---|
Doğum tarixi |
19 aprel 1941(1941-04-19) |
Doğum yeri | Moskva, RSFSR, Sovet İttifaqı |
Yoxa çıxıb | |
Fəaliyyəti | universitet müəllimi[d], riyaziyyatçı, səyyah |
Tanınır | Weisfeiler–Leman alqoritmi, Kac–Weisfeiler fərziyyəsi |
Boris Veysfeyler 1941-ci ildə Moskvada anadan olmuşdur. O,1970-ci ildə Leninqradın Steklov Riyaziyyat İnstitutunda doktorantura dərəcəsi almışdır. Ernest Vinberqin rəhbərliyi altında işləmişdir.[4] 1975-ci ildə Sovet İttifaqından ABŞ-yə mühacirət etmiş və Pensilvaniya Dövlət Universitetində professor olmuşdur. 1981-ci ildən ABŞ vətəndaşı olmuşdur.[5]
Veysfeylerin tədqiqatları cəbr qrupu nəzəriyyəsinin çətin sahələrini, xüsusilə qeyri-izotrop qrupları əhatə edib.[6] O, öz sahəsində 30-dan çox elmi məqalə yayımlamışdır.[7]
1984-cü ilin Milad bayramında Boris Veysfeyler And dağlarında gəzinti məqsədilə Çiliyə yollanır.[8] Həmin dövrdə ölkə Auqusto Pinoçetin diktaturası altında idi və insan hüquqları pozuntuları geniş yayılmışdı.[9] Rəsmi məlumatlara görə, Boris sürətli axan çaylara düşərək boğulub, lakin cəsədi tapılmamışdır.[10] ABŞ və Çili sənədlərində onun Colonia Dignidad adlı müəmmalı alman icmasında işgəncəyə məruz qaldığı iddia edilir.[11]
2006-cı ildə ABŞ senatorları və nümayəndələri Çili prezidenti Miçel Baçeletə müraciət edərək rəsmi tədqiqatın sürətləndirilməsini tələb etmişdirlər. 2012-ci ildə Çili məhkəməsi onun qaçırılmasında şübhəli bilinən 8 hərbi və polis məmurunun həbsini tələb edib. Lakin 2016-cı ildə məhkəmə işi bağlanmışdır.
Boris Veysfeylerin itkin düşməsi haqqında "The Colony" adlı qısametrajlı film 2007-ci ildə yayımlanmışdır.[12] Çilidə 2003-cü ildə "El misterio Boris Weisfeiler" adlı sənədli film nümayiş olunmuşdur.