. Love.az

Bosniyali Osman Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Bosniyali Osman Pasa

Bosniyalı Osman Paşa (d. 1620 - ö. 1 avqust 1685) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Bosniyalı Osman Paşa
Misir bəylərbəyi
ƏvvəlkiƏbdürrəhman Abdi Paşa
SonrakıHəmzə Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1620
Vəfat tarixi 1 avqust 1685
Vəfat yeri
  • Eqer, Eger[d], Xeveş[d], Macarıstan
Dini İslam

Həyatı

redaktə

1620-ci ildə dünyaya gəldi. Əslən boşnaq olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra öncə bostançılar kəndxudası, daha sonra 1671-ci ilin sentyabrında bostançıbaşı oldu. 1676-cı iliin martında vəzir rütbəsilə Şam bəylərbəyi təyin edildi. 1678-ci ildə Anadolu, 1681-ci ilin iyununda Misir, 1683-cü ilin iyununda Diyarbəkir və ardından yenidən Şam bəylərbəyi oldu. 1684-cü ildə Bosniyaya təyin edilsə də, çox keçmədən vəzifədən alındı. 1685-ci ilin mayında Əyri qalasının mühafizəsi ilə vəzifələndirildi. 1 avqust 1685-ci ildə qala mühasirəsi əsnasında şəhid edildi.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV, səh. 278
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bosniyalı_Osman_Paşa&oldid=7056464"
LOVE.AZ