. Love.az

Hemze Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Hemze Pasa

Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həmzə Paşa
Misir bəylərbəyi
ƏvvəlkiBosniyalı Osman Paşa
SonrakıBaltaçı Həsən Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1699
Vəfat yeri Tərabülüs əş-Şam əyaləti
Uşağı Numan bəy

Həyatı

redaktə

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.

Mənbə

redaktə
  • Sicill-i Osmani II, səh. 270
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həmzə_Paşa&oldid=7091965"
LOVE.AZ