boy pablo (29 noyabr 1998, Bergen) — Norveç müğənnisi, mahnı yazarı Nikolas Munosun indi-pop musiqi layihəsi. Bu layihə çərçivəsində baş tutan konsertlərdə onu müxtəlif çalğı alətlərində ifa edən musiqiçilər müşayiət edir. O, hər bir mahnısını kimsədən dəstək almadan tam surətdə özü yazır. Bu işə 2015-ci ildə girişib. İlk sinqlı olan "Flowers"-i 2016-cı ilin yanvarında yayımlayıb.[1]
Boy Pablo | |
---|---|
![]() Nikolas Munos 2019-cu ildə | |
Ümumi məlumatlar | |
Doğum adı | Nicolás Pablo Rivera Muñoz |
Doğum tarixi | (26 yaş) |
Doğum yeri | Bergen, Norveç |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | indi-pop, drim-pop[d] |
boypablo.com | |
![]() |
Boy Pablo-nun "Everytime" mahnısının klipi 2017-ci ilin sonlarında YouTube alqoritmi sayəsində populyarlıq əldə edib. Bu mahnısı həmin il ona xeyli fanat qazandırıb. 2017-ci ilin mayında 6 trekdən təşkil etdiyi "Roy Pablo" adlı konsept minialbomunu çıxarıb. Trek siyahısında "Everytime" sinqlı da yer alır. Bundan savayı, 2018-ci ildə o, daha bir minialbom olan "Soy Pablo"-nu buraxıb. "Wachito Rico" adlanan debüt studiya albomunu isə 2020-ci ilin oktyabrında təqdim edib. Boy Pablo "Norveç Qremmi mükafatları"nda 6 mükafata namizəd göstərilmiş və onlardan 2-sini almışdır.
Nikolas Munos Norveçin Bergen şəhərində Çilidən olan immiqrant ailədə doğulmuşdur.[2][3][4] Onun valideynləri bu ölkəyə 1980-ci illərdə köçüblər.[5][6] Musiqiçi ailəsində böyüyüb. Musiqinin incəliklərini atasından və böyük qardaşından mənimsəyib. Ona gitara, təbil, piano, bas gitara və eləcə də piano çalmağı öyrədiblər.[7]
Musiqi üzrə təhsilini "Kongshaug Upper Secondary School of Music"-də almışdır.[8]
Poy Pablo ilham mənbəyi kimi bu musiqiçiləri göstərir: Mak Demarko, Veronica Maggio, Tyler, the Creator, The Beatles, Arctic Monkeys, Tame Impala və Mild High Club.[9][10][11] Onun 2017-ci ildə təqdim ediyi bedrum pop janrındakı mahnısı "Everytime" YouTube-da oxşar üslubu paylaşan sənətçi Clairo-nun "Pretty Girl" mahnısı ilə yanaşı viral olmuşdur.[12][13]
Cari üzvlər
Keçmiş üzvlər
Studiya albomları
Mini-albomlar