Bozkaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayanunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Türk dillərindəki bayz «sıldırım qaya» (bax: Boz Abdal) və kaha (mağara, zağa) sözlərindən ibarətdir. Mağara olan qaya mənasındadır.[1]