Brandenburq-Prussiya (alm. Brandenburg-Preußen) — 1618-ci ildə Brandenburq markqraflığı ilə Prussiya hersoqluğunun birləşməsi nəticəsində yaranmış alman knyazlığı.
Tarixi dövlət | |||||
Brandenburq-Prussiya | |||||
---|---|---|---|---|---|
|
|||||
![]() |
|||||
|
|||||
Paytaxt | Köniqsberq, Berlin | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | mütləq monarxiya |
Brandenburq hersoqluğunun başında Hohensollernlər sülaləsi (1411-dən) dururdu. Bu nəslin əsası Şvabiyadan gəlir. Bu nəslin əasa 2 qolu var: Nürnberq və Şvabiya. Brandenburqun yüksəlməsinə səbəb otuz illik müharibədən sonra Avropanın şimalının və Baltik dənizinin ticarət üçün əhəmiyyətinin artması olmuşdur. Paytaxtı Berlin şəhəri idi.
Əkinçilik və qoyunçuluq yaxşı inkişaf etmişdir. Böyük kürfürüst adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı. idarəçiliyin bütün pillələrində nəzarət və hesabat prinsipi təyin edilirdi. Digər uğurlu addımı isə ölkənin müharibədən sonra dağılmış ərazilərin bərpası məqsədilə edilən tədbirlər idi. O, öz ölkəsinin ərazisini bütün qaçqınlara, sərgərdar dolaşan əsgərlərə, hətta soyğunçulara acıq elan etdi. Dini təqiblərdən qacan Hollandiyadan yəhudiləri və katolikləri, Fransadan hugenotları, Almaniyanın katolik dövlətlərindən lüteranları Brandenburq kürfürstlüyi onlar üçün sığınacaq idi. 29 oktyabr 1685-ci ildə Potsdam edikdi ilə bütün kolonistlərə ticarətdə imtiyazlar və güzəştlər, 10 il müddətində vergilərdən azad edilmələrini və sexlərə pulsuz qəbul edilmələrini bəyan etdi. İstehlak olunan bütün məhsullara aksiz tətbiq edildi. Dövlətin gəliri 40 min talerdən 1,5 mlna qədər artdı. Ordu 37 min nəfər oldu.
1650–1651-ci illərdə Brandenburq ilə Neyburq arasında Yulix müharibəsi baş verdi. 1655–1661-ci illərdə I Fridrix Vilhelm İsveç-Polşa müharibəsində iştirak etdi. İsveç ilə imzaladığı sazişlərə (Labiau müqaviləsi, 20 noyabr 1656-cı il) əsasən, X Karl Prussiya üzərində Hohensollernlərin tam suverenliyini tanıdı. Polşa ilə yaxınlaşdı və 1657-ci ildə onunla Velau müqaviləsini imzaladı. Polşa kralı Hohensollerlərin Prussiya üzərində tam hakimiyyətini tanındı. 1675-ci ildə Fransaya qarşı müharibəyə qoşuldu. Fransanın tərəfində müharibəyə qoşulan İsveç Brandenburqa hücum etdi. Avstriyanın davranışı səbəbindən Brandenburq 1679-cu il iyunun 29-da Fransa ilə imzaladığı Sen-Jermen sülh müqaviləsi ilə ələ keçirdiyi bütün əraziləri məğlub olmuş düşmənə verməli oldu. Sonuncu ərazi uğrunda müharibəsi Sileziya uğrunda idi.
1686-cı ilin iyununda Brandenburq ilə imperator arasında imzalanmış xüsusi sazişə görə Brandenburq Sileziyaya iddiasından imtina etmək əvəzinə Bohemiyada Şvibusu əldə edirdi, lakin Böyük kürfürstün 1688-ci ildə vəfatından sonra bu sazişin şərti yerinə yetirilmədi. Hakimiyyətə oğlu III Fridrix (1688–1713) gəldi. III Fridrix 1699-cu ildə heç bir səbəb olmadan kəndlilər öz torpaqlarından qovulmalarını qadağan etmişdi. III Fridrix Avstriya ilə ittifaqda XIV Lüdovikə qarşı bütün müharibələrdə iştirak etmişdi. Şvibusun verilməsini tələb edirdi. Ordu 39 min nəfərə çatmışdı. 1687–1697-ci illərdə Auqsburq liqasının müharibəsində, əslində Pfalts iris uğrunda müharibədə III Fridrix Vilhelmin görkəmli sərkərdəlik məharətini ortaya çıxdı. Arvadı Sofiya Şarlottanın və görkəmli filosof Leybnitsin təsiri ilə 1694-cü ildə Hall universiteti, 1696-cı ildə Rəssamlıq Akademiyası, 1700-cü ildə Elmlər Akademiyası açıldı. Berlində geniş abadlıq işləri aparıldı. O da dini təqiblərə məruz qalan katoliklərin və protestantların ölkəyə gəlmələrinə şərait yaradır, kolonistlərin hesabına ölkə ərazisinin məskunlaşdırılmasına çalışırdı. III Fridrix yaranmış əlverişli vəziyyətdən istifadə edərək, Almaniya kralı I Leopolddan ona kral titulu verilməsini xahiş etdi. Ətrafındakıların etirazına baxmayaraq, imperator onun xahişini təmin etdi.