Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[1][2][…], Sakramento, Kaliforniya) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür.
Bri Larson | |
---|---|
ing. Brie Larson | |
![]() Larson 2018-ci ildə | |
Doğum adı | Brianne Sidonie Desaulniers |
Doğum tarixi | 1 oktyabr 1989(1989-10-01)[1][2][…] (35 yaş) |
Doğum yeri | |
Partnyorları | |
Fəaliyyəti | aktrisa, müğənni, kinorejissor, ssenarist, kino aktrisası, televiziya aktrisası, film prodüseri, televiziya prodüseri[d], rejissor |
Fəaliyyət illəri | 1998-ci ildən |
Boyu | 1,7 m[4] |
Mükafatları |
![]() ![]() |
IMDb | ID0488953 |
![]() |
|
![]() |
Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib.
Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb. Elə həmin il "The Spectacular Now" adlı başqa bir filmdə oynayıb. O, 2015-ci ildə "Trainwreck" komediya filmində köməkçi rolda çəkilib. Larson "Room" filmindəki performansına görə "Oskar" mükafatına layiq görülüb. 2017-ci ildə o, yüksək büdcəli "Kong: Skull Island" macəra filmində fotojurnalist olaraq rol aldı. Larson 2019-cu ildə "Kapitan Marvel" filmində baş rolda çəkildi.
O, 2017-ci ildə "Unikorn mağazası" filmi ilə rejissorluq debütünü etdi. Larson həmçinin cinsi zorakılıq qurbanlarını müdafiə edir və siyasi məsələlərdə fəal şəkildə çıxışlar edir.
Brianna Sidoni Desanye 1 oktyabr 1989-cu ildə Kaliforniyanın paytaxtı Sakramento şəhərində anadan olub.[5][6] Onun Milein adlı bacısı var.[7][8] Onun atası fransız soyundan gəlir. O, Fransa və ABŞ vətəndaşıdır. Larsonun ana dili fransız dili olub. O, təhsilini əsasən evdə alıb.[9] Yay aylarında dostları ilə birlikdə öz evində filmlərini çəkirdi. Altı yaşında ikən aktrisa olmaqla maraqlandı və sonra "yaradıcılıq hər zaman mənim içimdə olan bir şey idi" dedi.[10] Elə həmim il o, San-Fransiskodaki Amerika Konservatoriyası Teatrında təhsil proqramı üçün seçildi, burada ən gənc tələbə oldu.
İl | Film | Rol | Qeydlər | Ref. |
---|---|---|---|---|
2001 | Madison | Racing Girl No. 2 | [11] | |
2004 | 13 Going on 30 | Six Chick | [12][13] | |
Sleepover | Liz Daniels | [14] | ||
2006 | Hoot | Beatrice Leep | [15] | |
2007 | Farce of the Penguins | I Need a Z-Pack Penguin | Səsləndirmə | [16] |
Remember the Daze | Angie | [17] | ||
2008 | The Babysitter | Babysitter | Qısametrajlı film | [18] |
2009 | House Broken | Suzy Decker | [19] | |
Just Peck | Emily | [20] | ||
Tanner Hall | Kate | [21] | ||
2010 | Greenberg | Sara | [22] | |
Scott Pilgrim vs. the World | Natalie "Envy" Adams | [23] | ||
2011 | Rampart | Helen | [24] | |
2012 | 21 Jump Street | Molly Tracey | [25] | |
The Trouble with Bliss | Stephanie Jouseski | [26] | ||
The Arm | — | Qısametrajlı film; rejissor və ssenarist | [27] | |
2013 | Bitter Orange | Myrtle | Qısametrajlı film | [28] |
Don Jon | Monica Martello | [29] | ||
Short Term 12 | Grace | [30] | ||
Weighting | Unnamed | Qısametrajlı film; rejissor və Ssenarist | [31] | |
The Spectacular Now | Cassidy | [32] | ||
2014 | The Gambler | Amy Phillips | [33] | |
2015 | Digging for Fire | Max | [34] | |
Trainwreck | Kim | [35] | ||
Room | Joy "Ma" Newsome | [36] | ||
2016 | Free Fire | Justine | [37] | |
2017 | Kong: Skull Island | Mason Weaver | [38] | |
The Glass Castle | Jeannette Walls | [39] | ||
Unikorn mağazası | Kit | Rejissor və prodüser | [40] | |
Basmati Blues | Linda | 2013-cü ildə lentə alınıb | [41] | |
2019 | Kapitan Marvel | Carol Danvers / Captain Marvel | [42] | |
Qisasçılar: Final | [43] | |||
Just Mercy | Eva Ansley | [44] | ||
Between Two Ferns: The Movie | Herself | Kameo | [45] | |
2021 | Remembering | The Writer / Light | Qısametrajlı film | [46] |
Şan-Çi və on halqa əfsanəsi | Carol Danvers / Captain Marvel | Kameo | [47] | |
2023 | Forsaj 10 | Tess | [48] | |
Marvellər | Carol Danvers / Captain Marvel | [49] |
<ref>
teqi; BUI
adlı istinad üçün mətn göstərilməyib