. Love.az

Bruno Giacometti - Wikipedia - Love.az

Ana Səhifə - Bruno Giacometti

Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat.

Bruno Cakometti
Bruno Giacometti
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1907
Doğum yeri İsveçrə
Vəfat tarixi 21 mart 2012 (104 yaşında)
Vəfat yeri İsveçrə
Vətəndaşlığı
  •  İsveçrə
Təhsili
  • İsveçrə Federal Texnologiya İnstitutu
Atası Covanni Cakometti[d]
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Venesiya
Əsas tikililəri İsveçrə pavilyonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Layihələri
  • 4 İstinadlar

Həyatı

redaktə

Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb[1].

Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı[1].

1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır[1].

Bruno Cakometti 105 yaşında 2010-cu il martın 21-də İsveçrənin Zollikon bölgəsində vəfat etmişdir[1].

Ailəsi

redaktə

Atası Covanni Cakometti rəssam, qardaşları Alberto və Dieqo Cakomettilər isə tanınmış memar və heykəltaraş olublar. O, Alberto və Dieqodan kiçik idi[1].

Bruno Cakomettinin həyat yoldaşı Odette Duperret ilə İsveçrənin Zollikon bölgəsində yaşamışdır. Onlar 1935-ci ildə evlənib və xanım Odetin ölümünə - 2007-ci ilədək bir yerdə yaşayıblar[1].

Layihələri

redaktə
 
Kur Təbiət Muzeyi
  • Usterdə Ratuşa (1965)
  • Venesiya Biennalesində İsveçrə pavilyonu (1962)
  • Kur Təbiət Muzeyi (1982)
  • İsveçrədə tibbi klinika

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Sevda İsmayıllı. "Dünya şöhrətli memar 105 yaşında dünyadan köçdü". Azadlıq Radiosu (az.). azadliq.org. 23.03.2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  Vikianbarda Bruno Cakometti ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bruno_Cakometti&oldid=8123026"
LOVE.AZ