![]() |
Bu məqalə serial haqqındadır. Roman üçün Bu şəhərdə kimsə yoxdur səhifəsinə baxın. |
Bu şəhərdə kimsə yoxdur — Rejissor Rüfət Şahbazov tərəfindən 2024-cü ildə ekranlaşdırılmış və 1 mart 2024-cü ildən Xəzər TV-də yayımlanmağa başlamış psixoloji-dram mövzulu Azərbaycan teleserialı. Rövşən Abdullaoğlunun eyniadlı romanı və hələ çap olunmamış "İş № 999" əsərləri əsasında “KAC Group Media” tərəfindən istehsal edilib.
Bu şəhərdə kimsə yoxdur | |
---|---|
![]() Teleserialın rəsmi afişası | |
Janr | Psixoloji triller[1] |
Rejissor | Rüfət Şahbazov |
Prodüser | Amiran Babayev |
Əsərin müəllifi | Rövşən Abdullaoğlu |
Ssenari müəllifi | Rövşən Abdullaoğlu |
Əsaslanır | Bu şəhərdə kimsə yoxdur və "İş № 999" romanları |
Baş rollarda | İbrahim Çingiz, Zülfiyyə Qurbanova, Əlibəy Məmmədli, Aydan Axundzadə, Kamil Nazim, Ləman Mərrih |
Bəstəkar | Tərlan Məmmədhüseynov |
İstehsalçı | KAC Group Media |
Distribütor | Qədim Qala |
Kanal | Xəzər TV[2] |
İlk baxış tarixi | 1 mart 2024 |
Yayımlanma yeri | Televiziya və YouTube |
Filmin növü | çoxseriyalı bədii televiziya filmi (teleserial) |
Müddət | 45 dq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2024 |
Mövsüm sayı | 1 (nəzərdə tutulan: 2 mövsüm) |
Bölüm sayı | 24 (nəzərdə tutulan: 40 seriya)[3] |
Rəng | Rəngli |
Çəkiliş yeri | Bakı |
Serialda əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandırıblar.[4]
Teleserialın çəkilişlərinə 2024-cü ilin yanvarın 22-də başlanılıb[5], serialdan ilk fraqmentlər isə 25 fevralda yayımlanıb.[6] "Qara Niva" adlanan ilk bölümü 2024-cü ilin martın 1-də efirə gedən serial hər həftənin cümə günü Xəzər TV-də yayımlanıb.[7] Serialın bəstəkarı Tərlan Məmmədhüseynov, ifaçısı isə Rafael Şabanovdur.[8]