Bulteryer — it cinsi.[1]
Bulteryer | |
---|---|
![]() | |
Mənşəyi | |
Ölkə | |
![]() |
19-cu əsrin ortalarında Böyük Britaniyada buldoqlar və ağ ingilis teryerləri əsasında yaradılmışdır. İlk standartı 1887-ci ildə qəbul olunmuşdur.[1]
İt döyüşdürülməsində və öküz gəmişdirtməsində istifadə edilir.[1]
Aydın görünən qalın əzələli, cəld və güclü itdir. Bulteryerin bədən quruluşu ölçüsünə və cinsinə müvafiq maksimum möhkəm olmalıdır. Cidov hündürlüyü 40–45 sm, kütləsi təqribən 25 kq-dır (cırtdan Burtelyerin müvafiq olaraq – 35,5 sm-ədək və 8 kq-adək). Başı yumurtavarı, çənəsi iri və güclüdür. Xırda, üçbucaq şəkilli gözləri dərində yerləşir. Tükü qısadır. Rəngi ağ, pələngxallı, üçrəngli, kürəndir; rəngli variantları, adətən, ağ ləkəli olur. Burtelyer cəsarətli və temperamentlidir; ağrıya həssaslığı azdır. Bacarıqla və ciddi tərbiyə olunmalıdır.[1]