Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021).[1] 2001–2023 DGK Gömrük Xidməti Polkovniki.
Cəlal Qurbanov | |
---|---|
![]() | |
Doğum tarixi | (45 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Uşaqları | Fatimə Qurbanlı, Əli Qurbanov |
Atası | "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Cavanşir Qurbanov |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Təfəkkür" Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Fəaliyyəti | Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gömrük xidməti polkovniki |
Üzvlüyü |
Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.
Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.[2]
Ailəlidir. Əli və Fatimə adında övladları var.
2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.[4]