Rasim Balayev (8 avqust 1948, Ağsu rayonu) — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) və keçmiş katibi (1990–2013).
Rasim Balayev | |
---|---|
Rasim Əhməd oğlu Balayev | |
![]() | |
Vəzifədədir | |
31 may 2022-ci ildən | |
Əvvəlki | Rüstəm İbrahimbəyov |
1990 – 18 yanvar 2013 | |
Sədr | Rüstəm İbrahimbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 avqust 1948(1948-08-08) (76 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | aktyor |
Uşağı | 2 |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi"[1], "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.[2] "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.[3] Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər[4][5][6] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir[7].
Rasim Balayev İlham Əliyevi dəstəkləyir. O, 2023-cü ilin avqust ayında Əliyevi "əsl Babək" adlandırmışdır.[8] Balayev 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, açıqlamasında Əliyevin "ömrünün axırına kimi" prezident seçiləcəyini qeyd etmişdir.[9]
Vikisitatda Rasim Balayev ilə əlaqədar sitatlar var. |