Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946[1], Bakı – 1 avqust 2023[1]) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Cəmil Fərəcov | |
---|---|
Doğum tarixi | 13 fevral 1946(1946-02-13)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2023(2023-08-01)[1] (77 yaşında) |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1970–2023 |
Təhsili | |
Mükafatları |
![]() |
Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974).
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.[2] Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi.
Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.[3]