. Love.az

Cemil Bey Vezirov - Wikipedia - Love.az

Ana Səhifə - Cemil Bey Vezirov

Cəmil bəy İsmayıl bəy oğlu Vəzirov (5 mart 1888, Şuşa və ya Zümürxan, Cavanşir qəzası – 19 may 1945, Rusiya imperiyası və ya Rusiya) — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi.

Cəmil bəy Vəzirov
Azərbaycan SSR xalq poçt və teleqraf komissarı
21 may 1921 – ?
Əvvəlkivəzifə təsis edildi.
Azərbaycan SSR xalq poçt, teleqraf və yollar komissarı
28 aprel 1920 – 6 may 1921
Əvvəlkivəzifə təsis edildi.
Sonrakıvəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1888(1888-03-05)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası və ya
  • Zümürxan, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 may 1945(1945-05-19) (57 yaşında)
Vəfat yeri
  • Rusiya imperiyası və ya
  • Rusiya
Təhsili Kiyev Konservatoriyası[1]
Fəaliyyəti dövlət xadimi
Həyat yoldaşı
  • Sona xanım Axundova

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Cəmil bəy Vəzirov 1886-cı ildə Cavanşir qəzasının Zümürxan kəndində dünyaya gəlmişdi. Bakı real məktəbini bitirəndən sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşdu.

Kiyev Politexnik İnstitutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, burda əməli mübarizə məktəbi keçmiş və proletar döyüşçüsü kimi yetişmiş Cəmil bəy 1917-ci ildə Bakıya gəldi. Gələn gündən inqilabi fəaliyyət göstərməyə başladı. Eyni zamanda da şəhər ərzaq komitəsində manufaktura şöbəsinin müdiri vəzifəsində çalışdı.

1918-ci ilin iyul ayının 31-də Cəmil bəy keçmiş vəzifəsindən azad olunub, Şəhər telefon şəbəkəsində müfəttiş vəzifəsində işlədi.

1919-cu ildə bir-birinin ardınca Azərbaycan və rus dillərində leqal və qeyri-leqal qəzetlər nəşr olunmağa başladı. Cəmil bəy də bu mətbuat orqanlarının yaranmasında və nəşrində yaxından iştirak edirdi. 1919-cu ilin axırlarında "Novıy mir" qəzetinin ilk nömrəsi çapdan çıxdı. Cəmil bəy bacarıqlı və alovlu bir publisist kimi qəzetin redaktoru vəzifəsinə irəli çəkildi.

1920-ci il aprelin 28-də Nəriman Nərimanov başda olmaqla Azərbaycan milli hökumətinin ilk heyəti təsdiq edildi. Cəmil bəy Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı vəzifəsinə təyin olundu.

1921-ci ildə Cəmil bəy vəzifəsindən azad olundu. 1922-ci ildə o, Azərbaycanın iqtisadiyyat üzrə daimi nümayəndəsi olmuşdu. 1923-cü ildə Tbilisidə Zaqafqaziya Dövlət Ticarəti idarəsində işləmişdi. 1928-ci ildə Bakıya dönərək "Azərxalça" İstehsalat birliyində çalışdı.

1938-ci ilin yaman yeli Cəmil bəyin üstündən də əsdi. Tutulub, Oryol şəhərinə sürgün olundu. 1943-cü ildə bu şəhərdə ömrünü başa vurdu.

Ailəsi

redaktə

Cəmil bəy öncə Xeyrənsə xanım Vəzirova ilə evlənmişdi. Bu evlilikdən 1922-ci il doğumlu Aliyə adlı qızları vardı. Sonra boşanıb, professor Sona xanım Axundova ilə evləndi. Sona xanımdan övladı olmadı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Vəzirovlar soyu, "Soy" dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh.

Həmçinin bax

redaktə
  • Vəzirovlar (II)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəmil_bəy_Vəzirov&oldid=7844633"
LOVE.AZ