Bu məqalə Azərbaycan dilinə uyğun yazılmayıb, və ya düzgün tərcümə edilməyib. Məqalədə cümlə quruluşlarındakı yanlışlıqları və orfoqrafik səhvləri düzəltdikdən sonra {{Azərbaycanca deyil}} şablonunu silməyi unutmayın. (dekabr 2024) |
2024-cü ilin dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət (kor. 2024년 대한민국 비상계엄) prezident Yun Sok Yol tərəfindən gecə vaxtı YTN televiziya kanalında elan edilib. Həmin elanda Yun parlamentdə çoxluğu təşkil edən Demokratik Partiyasına qarşı ittihamlar irəli sürüb. Parlament yekdil şəkildə hərbi vəziyyəti ləğv etməyə səs verib.
Cənubi Koreyada hərbi vəziyyət | |
---|---|
![]() | |
Yeri | |
Səbəbi | Yun Sok Yol[2] |
![]() |
Sağ yönümlü Xalq Gücü Partiyasının üzvü və keçmiş Baş Prokuror Yun Sok Yol 2022-ci ildə keçirilən prezident seçkilərində qalib gəlmişdir. Onun prezidentliyi dövründə parlament Demokratik Partiyasının nəzarəti altında qalıb. 2024-cü ilin aprelində keçirilən parlament seçkilərindən sonra Demokratik Partiya parlamentindəki yer sayını daha da artırmışdır. Nəticədə, Yun öz siyasətini keçirməkdə çətinliklərlə üzləşmiş və reytinqi aşağı səviyyəyə düşmüşdür.[3]
Bundan əvvəl Cənubi Koreyada hərbi vəziyyət son dəfə 1979-cu ilin oktyabr ayında, hərbi diktatura dövründə elan edilmişdi.[4] Bu, 1948-ci ildən bəri Cənubi Koreyada elan edilmiş 17-ci hərbi vəziyyət idi.[5]
2024-cü ilin dekabrın 3-də Koreya vaxtı ilə saat 22:22-də Prezident Yun Sok Yol televiziya çıxışında Koreya Respublikasında hərbi vəziyyət elan etmişdir. O, çıxışında Demokratik Partiyasını, Nazirlər Kabinetinin üzvlərini impiçment etməklə və onun büdcə planlarını qəbul etməməklə "liberal demokratiyanı devirmək" cəhdində ittiham etmişdir.[6]
Əsas partiyalarının çoxluğu, o cümlədən Prezident Yunun üzvü olduğu Xalq Gücü Partiyası bu qərara qarşı çıxmışdır. XGP-nın başqanı Han Don Hun bəyan etmişdir ki, "Prezidentin hərbi vəziyyəti elan etməsi səhvdir. Biz bunu xalqla birgə dayandıracağıq".[7] XGP üzvü və Seul meri O Se Hun həmçinin Prezidentin bəyanatına qarşı olduğunu ifadə etmişdir.[8]
Parlamentin ətrafında etirazçılar polislə toqquşmuşdur.[9] Parlament Spikeri U Uon Şik deputatları Parlamentə yığışmağa çağırmışdır.[3]
Dekabrın 4-də, təxminən gecə saat 1-də,[10] deputatlarının 300-dən 190-ı parlamentdə toplaşıb, yekdil şəkildə hərbi vəziyyətin ləğvinə səs vermişdir.[11][12][13] Koreya Respublikasının Konstitusiyasının 77-ci maddəsinə görə, Prezident Parlamentin belə qərarına tabe olmalıdır.[14]
Səsvermədən sonra, əsgərlər ərazini tərk etməyə başlayıblar.[15] Spikerin ofisi verdiyi məlumata görə, onlar saat 01:18-də ərazini tam şəkildə tərk etmişdilər.[16][17] Əsgərlərin bəziləri baş əyərək üzr istəyirdilər.[18] Etirazçılar Prezident Yuna impiçment tələb etməyə başlayıblar.[19][20]
Li Ce Myon deyib ki, hərbi vəziyyət Nazirlər Kabinetinin təsdiqi olmadan bəyan olunub.[21] Yunun hərbi vəziyyətnən bağlı əmrlərini yerinə yetirməyə davam edən təhlükəsizlik güvvələrinin nümayəndələrini isə "qanuna zidd olan hərəkət" törətməkdə ittiham etmişdi.[22] Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, hərbi vəziyyət prezidentin ləğv əmri olmadan qüvvədə qalacaq.[23][24]
Prezident Yun hərbi vəziyyətini ləğv edəcəyini bəyan etdiyindən sonra, 38 saat ərzində KİV-lərlə əlaqə saxlamırdı. Bu fasilədən sonra Prezident İdarəçiliyin ilk intervyusunda deyilirdi ki, hərbi vəziyyət "Konstitusiya çərçivəsində həyata keçirilib" və "milli iqtisadiyyata və insanların həyatına zərəri minimuma endirmək üçün fövqəladə tədbirlər saat 22:30-da tətbiq edilib".[25] Bundan az sonra müxalifətdə açıq şəkildə prezidentin impiçmenti haqqında müzakirələr başlanmışdı."[26][27]
Ədliyyə Naziri Pak Sun Cenin hərbi vəziyyətlə bağlı keçirdiyi iclasdan sonra Nazirliyin Baş İnspektoru Ryu Hyuk istefa verib.[28][29] Dekabrın 4-də səhər tezdən Prezidentin onlarla köməkçisi birgə istefa verdi.[30] Həmin gün Ali Məhkəmə,[31] dekabrın 6-da isə Konstitusiya Məhkəməsi elan edib ki, onlar Prezidentin hərəkəti ilə bağlı araşdırma aparırlar.[32]
XGP liderlərinin görüşündə Yunun partiyadan xaric edilməsi müzakirə edilmişdi.[33]
Cənubi Koreyanın bütün əsas qəzetləri və Media İşçilərinin Milli Birliyi yekdil şəkildə Yunu pisləyib, onun həbsini tələb ediblər. Onlar hərbi vəziyyətini qanuna zidd olduğunu bəyan ediblər və onu 1980-ci illərin dövlət çevrilişiləri ilə müqayisə etmişdilər.[34] Əyləncə sənayesinin bir sıra nümayəndələri (yazıçılar, aktyorlar, müğənnilər və s.) həmçinin Yunu pisləmişdilər.[35] Koreya Katolik Yepiskoplarının Konfransı, Koreya Metoist Kilsəsi və Koreya Kilsə İnsan Haqları Mərkəzi də hərbi vəziyyəti pisləyiblər.[36] Uon Buddist ruhanilərinin milli assosiasiyası isə Yunun impiçmentini tələb etmişdir.[37] Koreya Universitetinin 370 professoru və araşdırmaçısı Yunun impiçmentini tələb edən bəyannaməni imzalamışdılar.[38] Seul Milli Universitetinin və Seul Milli Universitet Hospitalının tibb professorları hərbi vəziyyəti pisləyib, onu davam edən həkimlər tətilini durdurmaq cəhdi kimi qiymətləndiriblər və Yunun impiçmentini dəstəkləyiblər.[39]
Dekabrın 4-də altı partiya (Koreya Demokratik Partiyası, Koreyanı Yenidən Qurmaq Partiyası, Yeni İslahat Partiyası, Proqressiv Partiya, Əsas Gəlir Partiyası və Sosial Demokratik Partiya) Yunun impiçmenti üçün vəsatət təqdim ediblər. Səsvermə dekabrın 7-nə təyin edilmişdi.[40] XGP həmin səsverməni boykot etdiyinə görə, parlamentdə kvorum olmayıb və o dəfə impiçmenti keçirtmək alınmamışdı.[41] Dekabrın 14-də ikinci impiçment səsverməsi uğurla başa çatıb. Millət vəkillərinin 300-ün 204-ü impiçmentin lehinə səs verdilər.[42] İmpiçment qərarı Prezident Ofisinə çatan kimi, qüvvəyə minmişdi və prezident səlahiyyətlərini icra edən Han Dok Su olmuşdu.[43]
Dekabrın 27-də 192 millət vəkili Han Dok Sunun impiçment etmək üçün səs vermişdi. Bunun səbəbləri onun Yuna və onun həyat yoldaşına qarşı istintaqın qarşısını alması, Yun ilə hərbi vəziyyətlə bağlı sövdələşməsi və Konstitusiya Məhkəməsində vakant yerlərə hakim təyin edilməsinin qarşısını alması idi.[44][45][46] Nəticədə, prezident səlahiyyətlərini icra edən Vitse-baş Nazir və Maliyyə Naziri Çhve San Mok olmuşdu.[44][47]
prompting prominent figures to voice sharp criticism amid the unprecedented national turmoil