Yun Sok Yol (kor. 윤석열; 18 dekabr 1960[1], Seongbuk[d]) — Cənubi Koreyanın 13-cü prezidenti (2022–2025).
Yun Sok Yol | |
---|---|
kor. 윤석열 kor. 尹錫悅 | |
![]() | |
10 may 2022 – 4 aprel 2025 | |
Əvvəlki | Mun Çe-İn |
Sonrakı | Han Dok Su |
25 iyul 2019 – 4 mart 2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1960(1960-12-18)[1] (64 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | prokuror, vəkil, siyasətçi |
Dini | Roma-Katolik kilsəsi[2] |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
18 dekabr 1960-cı ildə Seulda dünyaya gəlib.[3] Seul Mərkəzi Rayon Prokurorluğunun rəisi vəzifəsində o, keçmiş prezidentlər Pak Kın He və Li Myung-bakın vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunmasında rol oynayıb.[4][5] 2019-cu ildə Cənubi Koreyanın Baş prokuroru təyin edilib. 2022-ci il Cənubi Koreya prezident seçkilərində namizəd olub. 2022-ci il mayın 9-da prezident seçilib. 2024-cü il parlament aralıq seçkilərində Yunun partiyası seçkilərdə məğlub oldu və bu, onun siyasi gücünü zəiflətdi.[6][7]
3 dekabr 2024-cü ildə Yun Cənubi Koreyada hərbi vəziyyət elan etdi, bu, 1980-ci ildə Çun Du-uanın hərbi diktaturasından sonra ilk dəfə elan edilmişdi. O, milli məclisi Şimali Koreya tərəfdarı olmaqda ittiham edirdi. Lakin Yunun çıxışından bir neçə saat sonra Milli məclis bəyannaməni ləğv edən fövqəladə vəsatət qəbul etdi.[8] Kütləvi etirazlar fonunda dekabrın 4-də Yuna qarşı impiçment təklifi irəli sürüldü, lakin, qəbul olunması üçün üçün lazım olan 200 səsə çatmadı. 14 dekabr 2024-cü ildə keçirilən ikinci səsvermədə 204 nəfər, o cümlədən öz partiyasının 12 üzvü lehinə səs verərək müvəffəqiyyətlə impiçment elan edildi və prezident səlahiyyətləri müvəqqəti olaraq dayandırıldı. Yun Cənubi Koreya tarixində həbs qərarı ilə üzləşən və həbs edilən ilk prezident oldu.[9] Yunun fəliyyəti hazırda araşdırılır və günahı sübut olunarsa, o, ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.[10]