Cabir Əli oğlu Abdullayev (10 dekabr 1966, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
Cabir Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri | Zəngişalı, Ağdam rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() ![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janrlar | muğam, xalq mahnısı |
Mükafatları |
![]() |
Cabir Abdullayev Ağdamda anadan olmuşdur[1][2] .
C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur.
Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir.
Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |