. Love.az

Callophrys Danchenkoi - Wikipedia - Love.az

Ana Səhifə - Callophrys Danchenkoi

Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü.

Naxçıvan yaşılcası
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Dəstəüstü:
Panorpida
Ranqsız:
Amphiesmenoptera
Dəstə:
Pulcuqluqanadlılar
Yarımdəstə:
Xortumcuqlular
Klad:
Coelolepida
Klad:
Myoglossata
Klad:
Neolepidoptera
İnfradəstə:
Heteroneura
Klad:
Eulepidoptera
Klad:
Ditrysia
Klad:
Apoditrysia
Klad:
Obtectomera
Fəsiləüstü:
Papilionoidea
Fəsilə:
Göycələr
Yarımfəsilə:
Theclinae
Triba:
Eumaeini
Cins:
Yaşılca
Növ:
Naxçıvan yaşılcası
Beynəlxalq elmi adı
  • Callophrys danchenkoi
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  700192

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Azərbaycanda yayılması
  • 3 Dünyada yayılması
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Ümumi məlumat

redaktə

Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar.

Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir.

Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir. Türkiyədə əsas yayılma yerləri Antalya, Sivas, Ərzurum, Qars, Ağrı, Bingöl, Siirt, Van, Hakkari və Şırnak bölgələridir.

Azərbaycanda yayılması

redaktə

Naxçıvan MR, Lerik

Dünyada yayılması

redaktə

Türkiyə, Cənubi Qafqaz, İran

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naxçıvan_yaşılcası&oldid=6939774"
LOVE.AZ